Xəbər lenti


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı növbəti dəfə məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı valideyninin müraciəti əsasında yayılmış məlumatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən dərhal nəzarətə götürülüb, o, şəxsən yetkinlik yaşına çatmayanla telefon əlaqəsi saxlayıb.

Eləcə də Ombudsmanın tapşırığı əsasında Müvəkkilin Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən ailələr ziyarət edilib, məsələ yerində araşdırılıb.








Ana səhifəyə qayıt        Baxış: 1 301          Tarix: 8-09-2020, 22:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma