Xəbər lenti


Xankəndinin girişində erməninin idarə etdiyi, qarşı zolağa daxil olan minik maşını Rusiya sülhməramlılarının “Ural” avtomobili ilə toqquşub.

Bu barədə TASS-a Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“10 dekabrda Xankəndinin girişində bir mülki şəxsin idarə etdiyi minik avtomobili yol hərəkəti qaydalarını pozaraq, qarşıdakı zolağa çıxıb və Rusiya sülhməramlı kontingentinin “Ural” nəqliyyat vasitəsi ilə toqquşub, - hərbi departamentdən bildirilib.
Qeyd edilir ki, qəza nəticəsində hərbçilərdən heç kim xəsarət almayıb. Hazırda qəzanın səbəbləri müəyyənləşdirilir.

Bundan əvvəl, Xankəndi-Əsgəran avtomobil yolunun 4-cü km-də baş verən qəza barədə məlumat yayılmışdı.

Qeyd edilir ki, “Suzuki Vitara” markalı avtomobil sülhməramlıların olduğu “Ural” markalı maşınla toqquşub. Nəticədə, “Suzuki”nin sürücüsü və sərnişini hadisə yerində ölüb.

Qəzaya qeyri-sabit hava şəraitinin səbəb olduğu bildirilib.



Ana səhifəyə qayıt        Baxış: 2 608          Tarix: 11-12-2020, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma