Xəbər lenti
Türkiyə parlamentinin sədri Mustafa Şentop Mərmərə Universitetində təşkil olunan “Cənubi Qafqazda güc balansları və Qarabağ problemi simpozium”unda Azərbaycanın Vətən müharibəsi və Türkiyənin Qarabağla bağlı siyasətinə münasibət bildirib. 

Virtualaz.org xəbər verir ki, Şentop Türkiyənin Azərbaycanı haqlı mübarizəsində dəstəkləməsinin səbəblərini açıqlayıb: “Bunlardan birincisi “Tək millət, iki dövlət” anlayışı çərçivəsində birlik və bərabərliyimizin, dotluğumuzun və qardaşlığımızın gərəyi verdiyimiz dəstəkdir. Bunun vacibliyini istər Türkiyə, istərsə də Azərbaycan hər şəraitdə ortaya qoymuş və real işlərlə həyata keçiriblər. Türkiyə hər şəraitdə Azərbaycanın olmadığı yerlərdə ona verdiyi dəstəyi əməldə göstərərək öz məsələsi kimi sahib çıxıb və lazım cavabları verib. Türkiyənin beynəlxalq problemləri ilə bağlı Azərbaycanın qəti şəkildə Türkiyənin yanında dayandığını, bunu hər şəraitdə qeyd etdiyini, başda cənab Əliyev olmaqla müşahidə etdik, gördük. Azərbaycanın haqlı olaraq dəstəkləməyimizin birinci səbəbi budur”. 

TBMM sədri Dağlıq Qarabağın tarixi baxımdan hər zaman Azərbaycan torpağı sayıldığını qeyd edib: “Nə qədər tarixin dərinliyinə getsək də, XIX əsrin əvvəli İran və Rusiya arasında imzalanan müqavilələrdən sonra Dağlıq Qarabağın Azərbaycan hökuməti tərkibində olduğu müəyyən edilmiş və bu şəkildə davam edib. Daha sonra Sovet dövründə hazırlanan konstitusiyada eyni formada Dağlıq Qarabağın Azərbaycana məxsus olduğu açıq şəkildə ifadə olunub. Sovet dövründə də Dağlıq Qarabağda heç vaxt Azərbaycan torpaqları xaricində idarəetmə olmayacağı açıq ifadə edilib. Bu baxımdan geriyə dönüb baxdığımızda Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır”. 

Şentop Ermənistanın bu münaqişədə Rusiyanı öz yanına çəkmək üçün bəzi təxribat məqsədli cəhdlərə də əl atdığını xatırladıb: "Rusiya Prezidenti cənab Vladimir Putin başda olmaqla rusiyalı rəsmilər müharibənin Azərbaycan ərazisində aparıldığını bildirdilər".

Ermənistan təkcə Dağlıq Qarabağda Azərbaycanla münaqişə içində deyildi, Ermənistan eyni zamanda, regionun təhlükəsizliyinə təsir edəcək təcavüzkar siyasət yürüdür. Ermənistan bu niyyətini Azərbaycan torpaqlarına etdiyi hücumlarla göstərdi. Az əvvəl Ermənistanın Rusiyanı münaqişəyə cəlb etmək üçün etdiyi cəhdlərdən danışdım. Ermənistan Naxçıvana etdiyi hücumla Türkiyəni münaqişəyə cəlb etmək cəhdləri ilə bölgədə sülh üçün təhdid olduğunu açıq şəkildə göstərdi", – Türkiyə parlamentinin sədri Mustafa Şentop deyib.



Ana səhifəyə qayıt        Baxış: 2 535          Tarix: 9-01-2021, 13:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma