Xəbər lenti


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsini pisləyib.

APA-nın xəbərinə görə, Türkiyə parlamentinin sədri bildirib ki, yuxarıda adıçəkilən qətnamənin qəbulundan sonra Fransa Milli Assambleyası parlament kimi öz ciddiyyətini itirib.

“Dövlət olaraq tanınmaq əgər bu qədər asandırsa, dövlət olmaqdan çıxmaq da belə asan olmalıdır. Fransa Fransa Milli Assambleyası parlament kimi öz ciddiyyətini itirib.

Ermənistan da daxil olmaqla, dünyada heç bir dövlətin tanımadığı, tanınması iddiasının Ermənistan tərəfindən dilə belə gətirmədiyi Dağlıq Qarabağı dövlət olaraq tanımaq qərarı qəbul edən bir parlament ancaq fransız nağıllarında özünə yer tapa bilər.

Fransa hökumətinin də beynəlxalq hüquqa görə, Azərbaycana aid olduğunu qəbul etdiyi torpaqları müstəqil bir dövlət kimi tanıyan qətnamə qəbul edən parlamentarilər ancaq bir komik aktyor olaraq iş görə bilərlər.

Fransa hökumətini ciddiyyətə dəvət edirik, fransız xalqının bu absurd qərarı ciddi qəbul etməyəcəklərinə inanırıq”, - deyə Türkiyə parlamentinin sədri vurğulayıb.



Ana səhifəyə qayıt        Baxış: 1 425          Tarix: 4-12-2020, 20:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma