Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
Hulusi Kılıç: “Bu yanlışlığın dərhal ortadan qaldırılması və Azərbaycan hökumətindən üzr diləmələri lazımdır!”
Prezident İlham Əliyevin tapşırığı və prezident köməkçisi Hikmət Hacıyevin iştirakı ilə Azərbaycanda akkreditə olunan bir qrup diplomat 8-10 iyul tarixlərində işğaldan azad olunmuş Füzuli rayonuna və Şuşa şəhərinə səfər edib. Ancaq Minsk Qrupunun həmsədri olan ölkələrin - ABŞ, Fransa və Rusiyanın Bakıdakı səfirlərinin bu səfərdə iştirakdan imtina etməsi geniş ictimaiyyəti qəzəbləndirib, haqlı etirazlar doğurub.
Qarabağ məsələsində daim ölkəmizin yanında olan Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç musavat.com-a açıqlamasında həmsədr ölkələrin diplomatlarının bu davranışına çox kəskin münasibət bildirib.
“Həmsədr ölkələrin səfirlərinin humanitar məqsədlə həyata keçirilən bu səfərdən imtinası, belə bir davranış sərgiləmələri diplomatiyaya uyğun və etik deyildir, ölkənin rəhbərliyinə və xalqına da hörmətsizlikdir, həmçinin beynəlxalq qanunlara, Vyana
Konvensiyasına ziddir. Bundan əlavə, səfirlərin bu davranışı erməni terrorçuları cəsarətləndirə biləcək addımdır. Qarşımızdakı dönəmdə bir barış anlaşması imzalanacaq. Bu davranış gözlənilən sülh müqaviləsinə də əngəl olacaq. Bundan əlavə, Azərbaycanla
Ermənistan arasında bəlli bir gərginlik var. Həmsədr ölkələrin davranışları erməni tərəfi üçün cəsarətverici addım olacaq və ermənilərə dəstək anlamı kəsb etməkdədir”, - H.Kılıç açıqlamasında deyib.
Türk diplomatın sözlərinə görə, ABŞ və Rusiya arasında problemlərin olmasına rəğmən, belə bir davranış təbii ki, qəbul edilə bilməz: “Fransanın mövqeyini zatən bilirik. Fransa hər zaman Ermənistanın yanında olub. Həmsədrlərin heç nə etmədiklərini keçmişdə gördük. 28 il heç bir şey etmədən gəldilər, yedilər-içdilər, getdilər. Bundan başqa, zaman itkisinə səbəbkar oldular. Əslində, Azərbaycanın 28 ilini oğurladılar, açıq demək lazımdır. Əks təqdirdə desinlər ki, bunu etdik, bu işi gördük, deyə bilməzlər. Həmsədrlik sistemi də öldü, torpağa gömüldü. Ötən illərdə heç nə etmədilər və bundan sonra da həmsədrlərin edəcəyi bir iş yoxdur! BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunması üçün heç bir iş görmədilər. Azərbaycan prezidenti cənab İlham Əliyev həm BMT qətnamələrinin icrasına nail oldu, həm də həm də faktiki olaraq həmsədrlərin görəvlərini icra etdi. İndi isə həmsədrlərin işi bitmişdir, evlərinə getsinlər, başqa bir iş tapsınlar deyə düşünürəm”.
Hulusi Kılıç bu mövzuda bəhs edərkən çox həssas bir nöqtənin üzərində dayandı: “Şuşa bir mədəniyyət paytaxtıdır, cənab Prezidentin sərəncamı ilə Mədəniyyət paytaxtı elan edilib. Nəticə etibarilə Şuşaya təşkil olunan səfərlərin tamamən mədəni özəlliyi var. Yəni mədəniyyət paytaxtına getməyən səfirlərin demokratiya və mədəni anlayışının əskik olduğu qənaətindəyəm. Doğruları söyləmək lazımdır. Azərbaycan 1992-ci ildə BMT-yə üzv olarkən konkret sərhədləri çərçivəsində bu təşkilatın həqiqi üzvü olub, yəni beynəlxalq səviyyədə tanınan sərhədləri var. Bu mənada Qarabağ tamamən Azərbaycan torpağıdır. Elə vaxtilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də Azərbaycan torpaqlarının
işğalı ilə əlaqədar qəbul olunmuşdu. Dolayısı ilə həm Rusiya, həm Fransa, həm də ABŞ BMT qərarlarına zidd davranırlar”.
Türk diplomat səfirlərin səhvə görə gecikmədən üzr istəmələrini vacib sayır:“Bu yanlışlığın dərhal ortadan qaldırılması və Azərbaycan hökumətindən üzr diləmələri lazımdır! Həmsədr ölkələrin bu davranışları gerçəkdən qəbuledilən deyildir. Anladığım qədərilə diplomatlar ölkələrinin paytaxtlarından təlimat alıb belə bir davranışlar sərgiləmişlər. Bu, yanlışdır, terrora stimul vermək, erməni tərəfini cəsarətləndirməkdir.
Həmçinin belə bir mövqe Azərbaycanla Ermənistan arasındakı gərginliyi daha da artırmaq məqsədi daşıyır. Həmçinin qeyd etdiyim kimi, səfirlərin bu davranışı etik deyildir. Bu kimi məsələlərdə beynəlxalq qanunlara uyğun hərəkət edilməsi və BMT qərarlarına da sayğı göstərilməsi lazımdır. Əks təqdirdə bölgədə barış olmayacaq, bu da heç kəsin işinə yaramayacaq. Belə davranışlardan sadəcə təxribatçılar yararlanacaqlar. Biz bundan sonra belə bir səhvə yol verilməyəcəyinə və edilmiş yanlış hərəkətə görə üzr dilənəcəyinə inanıram”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar