Xəbər lenti

Avropa İttifaqının rəsmi statistika qurumu olan "Avrostat” birliyin ən borclu ölkələrinin siyahısını dərc edib.

Məlum olub ki, hazırda İttifaq üzvləri arasında dövlət borcu ÜDM-ə nisbətdə ən yüksək olan ölkə Yunanıstandır. Hazırda Balkan ölkəsinin borcları ölkənin ümumi istehsalını 207.2% üstələyir.

Bu göstərici üzrə növbəti yerləri İtaliya (156.3%), Portuqaliya (135.4%), İspaniya (122.8%) və Fransa (114.6%) tutur.

ÜDM-ə nisbətdə ən az borcu olan Aİ ölkələri isə Estoniya (19.6%), Bolqarıstan (24.7%) və Lüksemburqdur (26.2%). (oxu.az)



Ana səhifəyə qayıt        Baxış: 2 274          Tarix: 22-10-2021, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma