Xəbər lenti

 

Son vaxtlar ölkəyə gələn turistlərin sayının çoxalması bələdçilərə olan tələbatı da artırıb. Söhbət xüsusilə də ərəb və fars dilli turistlərdən gedir. Ancaq turizm şirkətləri ərəb və fars dillərini bilən bələdçilər sarıdan korluq çəkirlər.

Ovqat.com bildirir ki, Xezerxeber.az-ın məlumatına görə, bələdçi işləmək istəyənlərin müraciətləri isə turizm şirkətlərini qane etmir. Səbəb isə iş təklifləri ilə maraqlanan gənc bələdçilərin dil biliklərinin zəif olmasıdır.

Amma təəssüfləndirici haldir ki, ərəb-fars dilli bələdçilərin sayı çox azdır. Bu isə turizm şirkətlərinə problem yaradır. Bu sahədə uzun müddət işləyənlər isə artıq, ərəb-fars dillərini öyrənməyə başlayıblar.

İndiki vəziyyətdə bəzi şirkət rəhbərləri problemin müvəqqəti həlli yollunu tapıblar. Onlar çətinlik çəkdikləri zaman ali məktəblərə və ya fərdi olaraq tələbələrə müraciət edirlər.

Ərəb və fars turistlərin ölkəmizə axınını nəzərə alaraq demək olar ki, yaxın dövrdə bu turistlərin dillərini bilən bələdçilərə hələ çox ehtiyac olacaq.




Ana səhifəyə qayıt        Baxış: 839          Tarix: 7-07-2017, 19:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma