Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
İraqın baş naziri Heydər əl-Abadi Qətərin ərəb ölkələri tərəfindən təcridinə qarşı çıxış etdiyini bildirib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, baş nazir bunun rejimə deyil, sadə vətəndaşlara ziyan vurduğunu qeyd edib.
"İraq Qətərin Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ərəb qonşuları tərəfindən təcridinə qarşı çıxır, çünki bu, adi vətəndaşlara ziyan vurur", - baş nazir bildirib.
Heydər əl-Abadi kral Salman bin Əbdüləziz As-Səud ilə danışıqlar aparmaq üçün çərşənbə günü Səudiyyə Ərəbistanına səfər edəcək.
İraqın baş naziri bildirib ki, o, Səudiyyə Ərəbistanından Qətərə qarşı irəli sürülən ittihamlar barədə izahat istəyəcək.
"Blokada rejimlərə təsir etmir, blokada insanlara əzab verir", - baş nazir bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar