Xəbər lenti

Belarusa “Kinjal” raket daşıyıcıları gətirilib.

Oktyabrın 16-da Belarusun “Maçulişi” aerodromuna üç ədəd MİQ-31 səsdən sürətli qırıcı-tutucu təyyarəsinin endiyi qeydə alınıb.

Bu barədə “Belaruski Qayun” monitorinq qrupu məlumat yayıb.

Müşahidəçilər qeyd ediblər ki, qırıcılar standart MİQ-31-lər deyil, onların xüsusi modifikasiyası MİQ-31K-dır. Mütəxəssislərin fikrincə, məhz bu qırıcı modeli “Kinjal” Kh-47M2 hipersəs aeroballistik raketlərini daşımaq və onları 2000 km məsafəyə buraxmaq iqtidarındadır.

“Ola bilsin ki, MİQ-31K ilə yanaşı Belarusa “Kinjal” hipersəs raketləri də gətirilib. Məsələ burasındadır ki, həmin gün - oktyabrın 16-da Rusiya Federasiyasından “Maçulişi” aerodromuna üç ədəd İl-76 hərbi-nəqliyyat təyyarəsi gəlib (RF-86902, RF-76722, RF-76724). Bu təyyarələr MİQ-31K-dən buraxılması üçün raketlər gətirmiş ola bilər”, - deyə məlumatda qeyd edilir.

Mövcud məlumata görə, MİQ-31K-də yanacaq tutumu artırılıb və xüsusi rabitə avadanlığı var. Əlavə edək ki, Rusiya təbliğatı daha əvvəl bəyan etmişdi ki, onların “Kinjal” raket daşıyıcılarında olan sistemləri “pilotun iştirakı olmadan avtomatik rejimdə” təyyarəni istənilən buraxılış trayektoriyasına çatdırmağa imkan verəcək. Həmçinin “raketin dəqiq hesablanmış anda buraxılmasını” təmin edəcək.

“Bu səbəbdən də Rusiya Aerokosmik Qüvvələrinin MİQ-31K qırıcılarının yaxın vaxtlarda “Kinjal” X-47M2 hipersəs aeroballistik raketlərinin köməyilə Belarus ərazisindən Ukraynanı atəşə tuta biləcəyini demək üçün əsas var”, - deyə “Belaruski Qayun” vurğulayıb.

“Belaruski Qayun” həmçinin Belarusda peyda olan qırıcıların qeydiyyat nömrələrini də müəyyən edib (bunlar RF-92462, RF-92339 və RF-92333).

Mənbə: Tsn.ua




Ana səhifəyə qayıt        Baxış: 3 043          Tarix: 18-10-2022, 16:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma