Xəbər lenti


Amerikanın “Politico” nəşri Rusiya prezidenti Vladimir Putini Ukraynanı ələ keçirmə cəhdinə görə “ilin məğlubu” adına layiq görüb.

"Vladimir Putinin “böyük Rusiya” arzusunun gerçəkləşəcəyi ehtimalı azdır. Onun Ukraynaya genişmiqyaslı hücumu, demək olar ki, başladığı kimi tez dağılmağa başlayıb. Rusiya prezidenti müharibəni "xüsusi" qələmə versə də, məqsədinin Ukraynanı “nasistlərdən təmizləmək” olduğunu desə də, bir müddət öncə Kiyevi təhdid edən qoşunları indi şərq cəbhəsində Ukrayna ordusunun qabağını güclə saxlayır”,-deyə yazıda bildirilib.

Reytinq müəllifləri Putinin yüz minlərlə yeni əsgəri çağırmaq qərarının hərbi yaşda olan bir çox kişini Rusiyanı tərk etməyə məcbur buraxdığına diqqət çəkiblər.

"Putin uzun müddət Rusiyanı Sovet dövründə qazandığı böyük dövlət statusuna qaytarmağa çalışdı. Bunun əvəzinə isə ölkəsini üçüncü dərəcəli ölkə vəziyyətinə saldı, düzgün qiymətləndirmədiyi və xor baxdığı düşməni məğlub etmək iqtidarında olmadığını göstərdi. Qərbin sanksiyaları, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə səbəb olub, müttəfiqləri isə Rusiyanın zəifliyinin üfunətindən sarsılmağa başlayıb”,-deyə yazıda ağır ifadələrə yol verilib.

Müəlliflərin fikrincə, Rusiya Qərbə təzyiq göstərmək və Putinə qələbə görüntüsü vermək üçün saxta referendumlara və nüvə “qılıncına” əl atır.

Jurnalistlər hesab edirlər ki, Putinin inadkarlığı müharibənin uzanacağı anlamına gəlir. Avropa üçün bu, inflyasiya, yüksək enerji qiymətləri, gübrə və qaz qıtlığı deməkdir ki, bu da iqtisadiyyata və siyasi sistemə ciddi təzyiq göstərəcək.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 478          Tarix: 8-12-2022, 19:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma