Xəbər lenti
 
İngiltərənin “The Times” qəzetinin yazıçısı Roger Boyes çərşənbə günu dərc olunan məqaləsində referendumdan “Bəli” çıxmasının bütün Yaxın  Şərq üçün müsbət hadisə olacağını yazıb.
Ovqat.com-un bildirdiyinə görə, "Yaxın Şərqin daha güclü Ərdoğana ehtiyacı var" başlıqlı məqalə "Türkiyənin “qabadayı” sultanı Rəcəb Tayyib Ərdoğan haqqında daha çox narahar olmağa dəyərmi?" sualıyla başlayıb.
 Müəllif referendumda 'Bəli' çıxacağı təqdirdə Ərdoğanın öz səlahiyyətlərini istismar edəcəyini və mediaya qarşı təzyiqləri artıracağını, 'Xeyr' çıxacağı təqdirdə isə fövqəladə vəziyyəti sonsuza qədər uzadacağını bildirib. Buna baxmayaraq, bu gün Yaxın Şərqin daha güclü Ərdoğana ehtiyacı olduğunu bildirən Boyes bunun konstitusiya ilə formalaşmasını müsbət qarşılayaraq yazır:
 "Ərdoğan heç bir zaman AB-nin və ya Türkiyənin şəhərli liberallarının sevəcəyi növ demokrat olmayacaq. Amma Sinqapuru üçüncü dünyadan birinci dünyaya daşımağı bacaran Lee Kuan Yew kimi avtokrat  ola bilər."
Əsəd rejiminin son illərində vəzifədə olan və davamlı arxasını gözləmək məcburiyyətində hiss etməyən güclü bir Türk liderinə hazırda ciddi ehtiyac duyulduğunu bildirən yazar Vladimir Putinin Dəməşqdə gücü azalarkən, Türkiyənin Ərdoğanla regional nüfuzunı arta biləcəyinə inanır. O, həmçinin özünə daha çox güvənən bir türk liderinin fərqli düşündükləri üçün müxalifləri terrorist kimi qəbul etməyəcəyini də yazır.
Qərbin güclü Ərdoğan fenomeniylə razılaşmalı olduğunu fikirləşən Boyes yazısında kürd məsələsinə də toxunub:
"Əgər Qərb, Ərdoğanı reablitasiya etmək istəyirsə, həm Qərbin, həm də Rusiyanın əsgərliyini edən kürd silahlılarıyla əlaqəsi problemini həll etmək məcburiyyətindədir. Suriyalı kürdləri nəzakətlə üzü üstə buraxmamız lazımdır. Onsuz da kürdlərə müstəqil Kürdüstan qurmağa icazə verilməyəcək"-məqalədə belə deyilir.
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 1 115          Tarix: 12-04-2017, 13:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma