Xəbər lenti


Naxçıvanda xidmət edən və təhlükəsizliyi üçün adının çəkilməsini istəməyən bir qrup zabit yenə də Kərəm Mustafayevin qanunsuz əməllərindən şikayətçidir.


 Bu barədə Dialoq.Az saytına Naxçıvanda xidmət edən zabitlər məlumat verib. Ordu ilə bağlı məlumatların məxfiçiliyini qorumaq şərti ilə öz narazılıqlarını bildirən zabitlər bildirirlər ki, 15 ildən artıq Naxçıvanda xidmət etmələrinə baxmayaraq yerdəyişmə hüququ (rotasiya) əldə edə bilmədiklərinə görə məcbur qalıb ordu sıralarından tərxis olmaq qərarına gəliblər və bu barədə komanda üzrə raport yazıblar. Aylardır raport yazan zabitlərin müraciətlərinə baxılmır, müxtəlif bəhanələrlə məsələ uzadılır. Qeyd edək ki, son illərdə onlarla peşəkar zabit Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayevin bu kimi qanunsuz əməllərinə görə ordu sıralarını tərk edib.


Məlumat üçün bildirək ki, müvafiq əmr və qanunlara görə bir zabit bir birləşmədə (korpusda) ümumilikdə 6 il xidmət etməli olduğu halda, Kərəm Mustafayev bu hüququ on illərdir ki, zabitlərin əlindən alıb və bu proses bu günə qədər davam edir. Bu və bu kimi addımlar ordumuzun imicinə ciddi zərbədir!




Ana səhifəyə qayıt        Baxış: 4 727          Tarix: 19-07-2023, 05:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma