Xəbər lenti

 

Avraam Linkoln ABŞ-n tarix boyu ən qüdrətli rəhbərlərində biri hesab edilir. Linkolnun hakimiyyəti illərində qul sistemi ləğv edilmiş və ölkənin rifahına xidmət edən bir sıra tədbirlər görülmüşdü.

Müdrik siyasətçi çox iti ağıla və incə yumor hissinə sahib idi. Ovqat.com onun ən nəfis və parlaq fikirlərinin siyahısını təqdim edir.

Qüsursüz insanların adətən mənəvi dəyərləri çox az olur.

İnsanın daxili dünyası ağaca rifahı isə o ağacın kolgəsinə bənzəyir. Çox vaxt kölgəmizin qeydinə qalarkən kökümüzdən quruduğumuzu unuduruq.

Qoyun və qurd üçün azadlıq anlayışı da müxtəlifdir.

Düşmənlərim üzərində qazandığım zəfərlərin səbəbi çox sadədir- Mən onları dostuma çevirirəm.

İnsanların azadlığını əlindən alanlar hürriyətə layiq deyillər.

Kim olursansa ol, daim inkişaf etməyə can at.

Əsl siyasət qarşındakı insanı o özünü tanıdığı kimi təsvir etməkdir.

Fikirlərinizə şərik olmaya bilərəm, ama sizə onları ifadə etmək imkanı qazandırmaq üçün canımdan keçərəm.

Mən zəif addımlarla irəliləyirəm , əsas odur ki geriyə getmirəm.

Avraam Linkolnun sevimli tapmacası var idi və bir çox tədbirlərdə onu dilə gətirirdi: “İtin sallanan quyruğunu da ayaq saysaq neçə ayağı olur? Hər kəs 5 cavabını verəndə müdrik siyasətçi deyirdi-Xeyr, yenə 4 ayağı var. Quyruğun adını dəyişsək də o ayaq ola bilməz”.

İlahi,cənab Linkoln, çəkmələrinizi özünüz təmizləyirsiniz? sualına o belə cavab verərdi: Bəli, bəs siz kimin ayaqqabılarını təmizləyirsiniz?/Publika.az/




Ana səhifəyə qayıt        Baxış: 781          Tarix: 1-09-2017, 21:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma