Xəbər lenti

Rusiya prezidenti Vladimir Putinə ölkənin paytaxtını Uralın o biri tərəfinə köçürülməsi təklif edilib.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, təklif Demoqrafiya, Miqrasiya və Regional İnkişaf İnstitutunun Müşahidə Şurasının rəhbəri Yuri Krupnov tərəfindən səsləndirilib.

O, prezidentə "Moskvasızlaşdırmaq doktrinası" layihəsini göndərib. Layihədə Moskva regionunda Rusiya əhalisinin 20 faizinin yerləşməsinin çatışmazlıqları sadalanır.

Hazırda Rusiyanın milli inkişafı 15-25 meqapolisdə cəmlənir. Demoqrafın hesablamalarına görə, meqapolislərdə ölkə əhalisinin yarısından çoxu yaşayır. Layihənin mətnində deyilir ki, davam edən daxili miqrasiya nəticəsində Rusiya geosiyasi üstünlüklərini və uzaq regionlar üzərində müstəqilliyini itirə bilər.

Krupnov hesab edir ki, rus insanı nöqtə zonalarında toplanaraq həyat yaradıcılığı impulsunu itirir və ailələrin sayını artırmaq istəmir. Demokraf problemin həlli yollarından biri kimi paytaxtın Uralın arxasına köçürülməsini və inkişafda prioritetin Uzaq Şərq və Sibirə verilməsində görür.

Bundan başqa, Krupnov meqapolislərdən azmərtəbəli landşaft-malikanənin xeyrinə imtina ideyasını irəli sürür.

Dövlət Dumasının yerli muxtariyyət məsələləri üzrə komitənin sədr müavini İrina Quseva ideya ilə razılaşmayıb. O hesab edir ki, daxili miqrasiyanı başqa yollarla da dayandırmaq olar.

Deputat vurğulayıb ki, Rusiyada hər region unikaldır, şəxsi üstünlüklərə malikdir və onları inkişaf etdirmək lazımdır.




Ana səhifəyə qayıt        Baxış: 629          Tarix: 19-08-2017, 16:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma