Xəbər lenti

 
 
Sabah saat 15: 00-da Ermənistanın 17 müxalifət partiyasını birləşdirən “Vətəni Müdafiə Hərəkatı" İrəvanın Azadlıq Meydanında mitinq keçirməyi planlaşdırılır. Mitinqin əsas tələbi Baş nazir Nikol Paşinyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsi olacaq. Budəfəki mitinqə də geniş xalq kütləsinin qatılacağı gözlənilmir.
 
Ovqat.com xəbər verir ki, "GALLUP Beynəlxalq Assosiasiyası" nın Ermənistan nümayəndəliyinin apardığı rəy sorğularının nəticələri də etiraz aksiyasında iştirakın aşağı olacağını göstərir. 
 
Nümayəndəliyinin rəhbəri Aram Navasardiyanın bu gün açıqladığı məlumata görə, rəyi soruşulanların 89,1% -i sabahkı mitinqə getməyəcəklərini gizlətməyib. Respondentlərin cəmi 1,5% -i cavab verməkdə çətinlik çəkib, 9.4% -i mitinqə gedəcəyini bildirib.
 
Maraqlıdır ki, erməni xalqı Dağlıq Qarabağdakı məğlubiyyətin əsas günahını da Paşinyanda deyil, ondan əvvəlki hökumətlərdə görürlər. Rəyi soruşulanların cəmi 28.8%-i Paşinyanı, 32.2%-i isə əvvəlki hakimiyyətləri məğlubiyyətin əsas günahkarı hesab edib.
 
Aram Navasardiyanın bildirdiyinə görə, rəy sorğusu 15-17 fevral 2021-ci il tarixlərində telefon danışıqları yolu ilə aparılıb. Ermənistanın hər yerindən 801 nəfərin rəyi öyrənilib və tədqiqatın yanılma xətası + -3,5% nisbətində dəyərləndirilib.


Ana səhifəyə qayıt        Baxış: 4 510          Tarix: 19-02-2021, 18:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma