Xəbər lenti
Bu gün, 13:51
Bu gün, 12:36
Bu gün, 09:28
Dünən, 23:20
Dünən, 22:04
Dünən, 21:25
Dünən, 20:47
Dünən, 19:00
Dünən, 14:00
Dünən, 10:11
Gürcüstanda müxalif lider Nika Meliyanın həbsindən sonra Cənubi Qafqazda geosiyasi qüvvələr nisbəti Rusiyanın xeyrinə dəyişə bilər.
Ovqat.com xəbər verir ki, hadisələrlə bağlı Qərb ölkələrinin reaksiyası və rəsmi Tbilisinin onlara cavabı bu cür düşünməyə əsas verir.
Məlumata görə, rəsmi Tbilisinin ünvanına ilk sərt tənqid Böyük Britaniyadan gəlib. Nika Meliyanın İngiltərədəki ali məktəblərdən birindən məzun olması bu mənada təsadüfi görünməyə bilər. Bildirilir ki, Böyük Britaniyanın Gürcüstandakı səfiri Mark Kleyton Meliyanın həbsindən "şok"a düşdüyünü bəyan edib. "Tbilisidə zorakılıq və xaos indi Gürcüstana lazım olan son şeydir. Mən təkidlə bütün tərəfləri indi və yaxın günlərdə təmkinlə hərəkət etməyə çağırıram", - deyə diplomat qeyd edib.
ABŞ-ın Gürcüsandakı səfirliyi isə daha kəskin və konkret reaksiyası ilə seçilib. Səfirliyin rəsmi bəyanatında vurğulanır ki, Gürcüstan Avropa standartlarından və demokratik dəyərlərdən uzaqlaşıb. "Təəssüflənirik ki, ABŞ və digər beynəlxalq tərəfdaşların təmkinli olmağa və dialoqa çağırışları nəzərə alınmayıb. Gürcüstan Avroatlantik ailəyə daxil olan dövlətlərin demokratik yolunda geriyə addım atıb", – deyə ABŞ diplomatik missiyasının bəyanatında bildirilir.
Bundan başqa, ABŞ Nümayəndələr Palatasında "Gürcüstanın Dostları Qrupu"nun həmsədri, respublikaçı konqresmen Adam Kinzinger də Tbilisiyə amerikan dəstəyini itirə biləcəyinə işarə edib və respublika hökumətini bu cür hərəkətlərdən imtina etməyə çağırıb. "Biz hamımız sizi izləyirik", - deyə o əlavə edib.
Rəsmi Tbilisi isə Qərb ölkələrinin çağırışlarına müsbət cavab verməyib. Hakim "Gürcü Arzusu" Partiyasının sədri İrakli Kobaxidze bildirib ki, Meliyanın həbsi qanunun bütün tələblərinə tam cavab verir. "Müstəqilliyimizin bərpasından 30 il sonra dövlət əleyhinə qüvvələrə yenidən sübut etməli oluruq ki, biz dövlətik", – Kibaxidze vurğulayıb.
Yeni baş nazir İrakli Qaribaşvili də Nika Meliyanın həbsini alqışlayıb. "Bu gün biz hamımız hüquqi, güclü dövlət olmağımızın şahidi olduq", - deyən Qaribaşvili DİN-ə "dövlətin şərəfini, sabitliyi müdafiə etdiyinə görə” təşəkkürünü bildirib.
Qərb ölkələrinin məsələyə Gürcüstanın Şimali Atlantik dəyərlərindən uzaqlaşması kimi baxması, rəsmi Tbilisinin isə “müstəqil dövlətçilik” arqumentində israrları ölkəni sürətlə Qərbdən qoparıb Rusiyanın qucağına atır. Bu gedişat isə təkcə Gürcüstan üçün deyil, həm də Cənubi Qafqaz üçün yaxşı perspektiv vəd etmir. Nədən ki, Gütcüstan Şimali Qafqazın Qara dənizə, dolayısıyla Avropaya açılan yeganə qapısıdır. Məhz bu qapıdan keçərək Azərbaycanın neft və qaz kəmərləri Qərbə uzanır. Gürcüstanın Rusiya ilə daha sıx əlaqələr qurması bu mənada Azərbaycanın beynəlxalq enerji layihələri üçün də ciddi təhlükə yarada bilər.
Xatırladaq ki, ABŞ tərəfindən enerji layihələrinə sanksiyalar tətbiq olunan Rus neft-qaz kəmərlərinə alternativ kimi Azərbaycan və Orta Asiyanın karbohirogen mənbələri üzərində dayanılırdı. Rusiyanın Cənubi Qafqazda fəallaşması da məhz bundan sonra başladı, ötən ilin iyun ayında ermənilərin TANAP və Bakı-Ceyhan kəmərlərinin keçdiyi Tovuz rayonuna hücumu ilə müşayiət olundu. Azərbaycan həm iyun, həm də bunun davamı olaraq 44 günlük savaşlarda ermənilərin dərsini versə də, Rus sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinə mane ola bilmədi. İndisə görünən budur ki, Rusiya enerji kəmərlərimizin keçdiyi Gürcüstanda da lövbər salacaq.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar