Xəbər lenti
 
 
"44 günlük müharibədəki məğlubiyyətin əvvəlcədən planlaşdırıldığına dair şübhələr üçün ciddi əsaslar var.
 
 
Ovqat.com xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Koçaryan Rusiya KİV-ləri üçün keçirdiyi mətbuat konfransında deyib.
 
O, fikrini müharibədən əvvəl Ermənistan ordusunda yarım-fədai qrupların yaradılması, təcrübəli zabitlərin isə işdən uzaqlaşdırılması ilə əsaslandırıb:
 
 
“Niyə silahlı qüvvələri artırmaq yolu ilə deyil, anlaşılmaz yarımfədai dəstələrin yaradılması yolu ilə gedildi? Müharibə öncəsi təcrübəli hərbi zabitlər, generallar, polkovniklər nə üçün dəyişdirildi və ya istefaya göndərildi? Yenə də deyirəm, bu, planlaşdırılmış məğlubiyyətə daha çox oxşayır. Motivasiya istintaq orqanları tərəfindən araşdırılmalıdır",-deyə eks-prezident bildirib.
 
 
Robert Köçəryan Silahlı Qüvvələrinin Baş qərargahı ətrafında yaranmış vəziyyətlə bağlı danışıb və Paşinyanın İskəndərlərə dair fikirlərini şərh edib:
 
"Baş nazir "İskəndər"haqqında yanıldığını etiraf etdi. Bir ləyaqətli insan bu durumda nə etməli idi? O, hər hansı bir səhv addım atdığına görə ilk növbədə Baş qərargahdan üzr istəməli idi. Hakimiyyətin siyasətləri proqnozlaşdırılan və anlaşılan olmalıdır. Onun hərəkətləri məntiqi və anlaşıqlı olmalıdır. Əks halda, digər siyasətlərdə də eynilə indiki kimi anlaşılmaz və xaotik vəziyyət yaranar”.
 
Robert Koçaryan açıqlamasında Soros Fondunun Ermənistanın daxili və xarici siyasətinə təsiri mövzusuna da toxunub.
 
"Soros adı altında bəzi neoqlobalist yanaşmaları başa düşürük. Hətta onların mənim vaxtımda açıldığını bilmirdim. Əvvəlcə bu, ölkədə heç bir təsiri olmayan qeyri-hökumət təşkilatı idi. Ancaq sonra gücləndilər, uzun müddət maliyyə dəstəyi aldılar və proseslərə təsir etməyə başladılar.
 
Onların təbliğ etdikləri ideyalar Ermənistanın regionda oynaya biləcəyi rola ziddir.
 
Onlar milli maraqların arxa plana atılmalı olduğunu təbliğ edirlər. Qloballaşma yalnız ticarətə, biznesə və s.aid deyil. Dəyərlərin qloballaşması, yeni tipli insanların formalaşması da gedir. Başqa cür düşünən ölkələrlə qonşu olan, böyük ziddiyyətlərə malik Ermənistan üçün bu ideyaların tətbiqi sadəcə öz-özünə qırğın deməkdir. Bu, milli təhlükəsizliyə təhdiddir”.
 
Koçaryana görə, ermənilər qloballaşmaya qarşı çıxmalıdırlar: “Biz öz milli maraqlarımızı rəhbər tutmalıyıq. Aydın şəkildə ifadə etmək lazımdır ki, biz nə istəyirik və biz kimik. Biz öz ideologiyamızla bu ideologiyaya qarşı çıxmalıyıq. Mən təhlükə görürəm SOROS fondunun fəaliyyətində təhlükə görürəm. Bu gün onların mövqeləri zəiflədi, lakin yeni hücumlar olacaq və əgər onlarla mübarizə aparmasaq, onlar mövqelərini yenidən bərpa edəcəklər", - Köçəryan belə düşünür.


Ana səhifəyə qayıt        Baxış: 4 449          Tarix: 4-03-2021, 12:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma