Xəbər lenti

 
“Ukrayna Silahlı Qüvvələrinin hücumunu gözləmədən Donbassda onlara qabaqlayıcı bir zərbə endirməsini təklif edirəm”.
 
Ovqat.com xəbər verir ki, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski təkliflə çıxış edib.
 
O, “Komsomolskaya Pravda” radiosunun efirində Ukraynaya qarşı radikal tədbirlərdən istifadə etməyi vacibliyinə “toxunaraq” deyib:
 
 
"Gözlərində Avropanın necə daraldığını, hamısının necə rəng aldığını görəcəksiniz".
 
Millət vəkilinin fikrincə, Rusiya Donbassda hal-hazırda yaşanan rus əhalisinin zülmünə nəhayət son qoymalıdır.
 
Qeyd edək ki, Qara dənizdə Ukraynanın ərazi sularında dünəndən etibarən NATO qüvvələrinin hərbi təlimləri başlayıb. Martın 29-na qədər sürəcəyi gözlənilən “Dəniz qalxanı – 2021” adlı təlimlərdə 8 NATO ölkəsinin (ABŞ, Bolqarıstan, Hollandiya, Yunanıstan, İspaniya, Rumıniya, Türkiyə və Polşa) 18 gəmisi və 10 hərbi təyyarəsi iştirak edir: dənizdə esminlər, korvetlər və frekatlar, havada NATO-nun təyyarədaşıyan gəmilərində yerləşdirilmiş “F-16 Fighting Falcon”, Rumıniyaya məxsus  “MiG-21”-lər və İspaniyaya məxsus “Eurofighter Tayfun” təyyarələri. Moskva bu təlimlərdən ciddi narahatdır və Kiyevə yönəlik təhdidləri artırıb. “Kremlin qeyri-rəsmi sözçüsü” ünvanı ilə də tanınan Jirinovskinin bu cür təhdidkar açıqlama verməsi də bu mənada təsadüfi sayılmır.


Ana səhifəyə qayıt        Baxış: 5 848          Tarix: 20-03-2021, 12:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma