Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Tanınmamış Donetsk və Luqansk “xalq respublikaları” Qorlovka qəsəbəsinin yaşayış məntəqələrinə onlarla hərbi texnika yerləşdirib.
Ovqat.com xəbər verir ki, separatçıların bu təşəbbüsləri Ukrayna Silahlı Qüvvələrinin yaxınlarda hərbi əməliyyatlara başlama ehtimalı ilə izah olunur.
Məlumata görə, atəş xəttinə gətirilən texnikaların böyük əksəriyyəti T-64 və T-72 tanklarıdır. Bundan əlavə, cəbhə xəttində istehkamlar da möhkəmləndirilir.
Qeyd edək ki, bu ilin ilk günlərindən Ukrayna və separatçı qüvvələrin eyni anda müharibəyə hazırlaşdığı bildirilirdi. Rus hərbi ekspertləri hətta gözlənilən savaşın başlanma tarixini belə açıqlamışdalar – 15 mart. Təxminlərə inansaq, Ukraynada havaların yağmurlu keçməsi və qarların əriməsi döyüş üçün əlverişsiz şərait yaratdığından, özəlliklə də yollar palçıq olduğundan hərbi əməliyyatlar qısa müddətliyə təxirə salınıb. Çünki palçığa saplanan tankların düşmən qüvvələrin “asan yem”inə çevrilə biləcəyindən ehtiyat edilir.
Bütün bunların fonunda NATO qüvvələrinin Qara dənizdə Krım sahilləri yaxınlarında Dəniz qalxanı – 2021” hərbi təlimlərinə başlaması vəziyyəti daha da tündləşdirir, Uktaynanın separatçılarla hesablaşmasının NATO-Rusiya arasında böyük savaşa çevrilməsi ehtimalı yaradır.
Qeyd edək ki, Rumıniya Hərbi Dəniz Qüvvələrinin qərargahından verilən məlumata görə, NATO-nun Qara dənizdə keçirdiyi “Dəniz qalxanı – 2021” təlimləri martın 19-da başlamalı və ayın 29-na qədər davam etməlidir. Təlimlərdə 8 NATO ölkəsinin (ABŞ, Bolqarıstan, Hollandiya, Yunanıstan, İspaniya, Rumıniya, Türkiyə və Polşa) 18 hərbi gəmisi və 10 qırıcı təyyarəsinin iştirak edir: dənizdə esminlər, korvetlər və frekatlar, havada NATO-nun təyyarədaşıyan gəmilərində yerləşdirilmiş “F-16 Fighting Falcon”, Rumıniyaya məxsus “MiG-21”-lər və İspaniyaya məxsus “Eurofighter Tayfun” təyyarələri.
Rusiya bu təlimləri özünə qarşı təhdid hesab etdiyindən Qara dəniz donanmasındakı bütün sualtı gəmilərini təyinat nöqtəsinə göndərmiş, diş-dişə, burun-buruna, son damla qana qədər döyüşə biləcəyi mesajını vermişdi. Hərbi təlimlərin 3-cü günü Rusiyanın nəzarəti altında olan Donetski və Luqansk “respublikalarının” çox sayda hərbi texnikasını cəbhə xəttinə göndərməsi Ukraynanın üzərinə “qara buludların çökməsi” ehtimalını artırır.
Separatçı qüvvələrin hərbi texnikalarını yaşayış məskənlərinə yerləşdirməsi Ukrayna ordusundan ciddi şəkildə çəkinmələrindən xəbər verir. Belə ki, adətən bu cür texnikalar mülki itkilərə yol açmamaq üçün insanların məskunlaşmadığı ərazilərdə yerləşdirilməlidir. Donetski və Luqansk hərbçiləri isə tamamilə əks mövqe tutaraq hərbi texnikalarını yaşayış binalarının yanına toplayırlar. Görünür, gözlənilən qarşıdurma zamanı mülki şəxslərin arxasında gizlənə biləcəklərinə və ya Kiyevin beynəlxalq təzyiqlərdən çəkinib həmin texnikalara atəş açmayacaqlarına ümid bəsləyirlər.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar