Xəbər lenti
Ermənistanda siyasi partiyalar iyunun 20-nə təyin olunan növbədənkənar parlament seçkilərinə hazırlaşmağa başlayıblar.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, ölkənin hakim partiyası seçkiyə yenə Baş nazir Nikol Paşinyanın öncüllüyündə qatılacaq. Bu barədə Ermənistanın Ədliyyə naziri Rustam Badasyan məlumat verib.

Parlamentdə jurnalistlərin suallarını cavablandıran nazir qeyd edib ki, hakim “Mənim addımım” itifaqının Baş nazir postuna namizədi yenə N.Paşinyan olacaq.

R.Badasyanın bildirdiyinə görə, özü partiyanın idarə heyətinin üzvü olmasa da, təşkilatdakı yekdil fikirdən tam xəbərdardır və birmənalı olaraq, hakim partiyanın namizədlər siyahısına Paşinyan rəhbərlik edəcək.



Ana səhifəyə qayıt        Baxış: 3 090          Tarix: 22-03-2021, 12:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma