Xəbər lenti
 
 
İran dini lideri ayətullah Seyid Həsən Əli Xamneyi Novruz bayramı münasibəti ilə xalqı təbrik edib.
 
Ovqat.com xəbər verir ki, bu ilki Novruz bayramı İran üçün xüsusilə əhəmiyyətli idi. Çünki bu il Məhəmməd peyğəmbərin Mədinəyə köçməsinin 1400-cü ili tamam olur. Dolayısıyla İranda rəsmi təqdim kimi istifadə olunan hicri-şəms erasının 1400-cü ili başlamış sayılır.
 
İranın dini liderinin rəsmi saytına (leader.ir) əsasən, Xamneyi ağa bu əlamətdar ildə İran xalqına səsləniş çıxışında bir neçə məqam üzərində dayanıb. 1400-cü hicri şəmsi ilinin başlanması münasibətilə xalqa ünvanladığı müraciətində bütün həmvətənləri, xüsusilə şəhid və əlillərin əzəmətli ailələrini, o cümlədən Novruz bayramını böyük təntənə ilə keçirən bütün xalqları Novruz bayramı münasibətilə təbrik edən ayətullah bildirib ki, yeni ilin Şaban ayının bayramları ilə üst-üstə düşür. O, iki Nimeyi-şəban bayramının, yəni Həzrət Vəliyyi-əsrin (ə.c) viladət bayramının iki dəfə bu ilə təsadüf etməsi səbəbindən 1400-cü ilin maddi və mənəvi bərəkətlər ili olacağına ümidvar olduğunu bildirərək yeni ili “İstehsal, dəstəklər və maneələrin aradan qaldırılması ili” adlandırdı.

Ayətullah Xamenei 99-cu ilin (yəni 2020-ci ilin) analoqu olmayan müxtəlif hadisələrlə, xüsusilə tanış olmayan korona hadisəsilə müşayiət olunduğunu bildirərək deyib: “Korona insanların həyatını, o cümlədən iş və fəaliyyət sistemini, dərs mühitlərini, dini toplantıları, idman tədbirləri və səfərləri öz təsiri altına aldı və ölkənin məşğulluq sahəsinə cidid zərbə vurdu”.


 
Ayətullah Xamneyinin çıxışının mühüm hissələrini belə özətləyə bilərik.
 
İqtisadiyyat
 
  • İranın əziyyət çəkməsinə baxmayaraq, iqtisadiyyatı dünya iqtisadiyyatları arasında 18-ci yerdədir.
  • Bəzi istehsal sahələrində iqtisadi artım meydana gəldi və istehsal hərəkatı davam etməlidir.
  • İqtisadi sahələrdə istehsal artımının qarşısını alan problemlər aradan qaldırılmalıdır.
  • İran iqtisadiyyatı böyük imkanlara malikdir və daha da çiçəklənə bilər.
  • İqtisadiyyatın bütün enerjilərdən istifadə edən və korrupsiyaya qarşı mübarizə aparan hərtərəfli bir plana ehtiyacı var.
  • İnsanları işə cəlb etmək investisiyalarla əlaqədar əhəmiyyətli bir rol oynaya bilər.
 
Bu yay keçiriləcək prezident seçkiləri
  • “Prezident namizədlərinə deyirəm ki, daşımaq istədiyiniz məsuliyyətin ağırlığını dərk edəcəyinizi gözləyirik”.
  • Xalq ölkə prezidentinin qazanmalı olduğu üstünlükləri və xüsusiyyətləri bilməlidir.
  • Ölkə prezidenti xalqın dərdi çəkən, ümid dolu və böhranları idarə edə bilən olmalıdır.
  • İran xalqı seçkiləri daxili birliyin təzahürü etməlidir, çünki önəmli olan ölkənin gələcəyidir.
  • Bu ilki seçkilər daxili və xarici baxımdan böyük əhəmiyyətə malikdir.
  • Hamı bilməlidir ki, xalq qətiyyətlidir və seçkilərdə iştirak etməyə hazırdır.
  • İrana seçkilərdə geniş iştirak yolu ilə qüdrət bəxş edən xalqdır.
  • Düşmənlər seçkilərə mənfi təsir göstərmək üçün virtual aləmdən istifadə edirlər.
  • Prezident seçkiləri çox vacibdir, çünki ölkənin prezidenti ən məsuliyyətlidir.
  • Ölkənin prezidenti mömin, ədalətli və korrupsiyaya qarşı mübarizə aparan olmalıdır.
  • Ölkənin prezidenti İranın daxili qüvvətinə və gənclərin imkanlarına inanmalıdır.
Enerji
  • Düşmənlər İranın enerjisindən istifadə etməsinin qarşısını almaq üçün aktivdirlər.
  • “İranın təbii ehtiyatlarından bir hissəsindən xammal olaraq faydalanırıq”.
Sanksiyalar
  • ABŞ-ın embarqolarını təsirsiz hala gətirdik və şirkətlərimiz özlərini təmin edə bildilər.
  • Zəngin bir iqtisadiyyata sahib olduqda, sanksiyaların hədəfi aradan qalxacaq.
  • İrana qarşı indiyədək maksimum təzyiq uğursuz oldu.
  • Amerikalılar bütün sanksiyaları ləğv etdikdən sonra nüvə anlaşmasına dair öhdəliklərimizə qayıdacağıq.
  •  Vaşinqtonun tətbiq etdiyi sanksiyalar sözün hər mənasında cinayətdir.
  • Daxili imkanlar sayəsində embarqoya və sanksiyalara qarşı durmaq üçün texnologiyalar tapılmalıdır.
  • Məhrum olduğumuz malların istehsalı üçün aktivləşdirilməli böyük enerjimiz var.
  • Təzyiqi fürsətə çevirə bilsək ABŞ sanksiyaları bizim üçün müsbət şeylər gətirəcək.
  • Bu gün şərtlər 2015-ci ilə nisbətən İranın lehinədir və biz daha da güclənirik.
  • Tələsmirik və imkanları yandırmaq istəmirik, onlardan fərqli olaraq öhdəliklərimizi yerinə yetirdik. 
Korona
  • Korona epidemiyası ilə bağlı xalqımız böyük uğurlar qazandı.
Müdafiə və təhlükəsizlik
  • "Nanoölçülü" elmində İran dünyada birinci yerdədir.
  • Müdafiə sistemlərinin bəzi məhsullarında irəliləyiş görürük və biz özümüz üçün təhlükəsizlik çəpəri əldə etmişik.
  • Xarici casus şəbəkələri bir müddətdir qarşıdakı İran seçkilərinin əzəmətini zəiflətmək üçün əllərindən gələni edirlər.
  • Yəmənə təcavüz Vaşinqtonda demokratların dövründə başladı və Səudiyyə Ərəbistanını silahlarla dəstəklədilər.
  • Amerikanın Səudiyyə Ərəbistanına verdiyi dəstəklə Yəmən xalqına vurduğu zərbə və Fələstindəki siyasəti səhvdir.
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 174          Tarix: 22-03-2021, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma