Xəbər lenti

 
Ukrayna Dövlət Sərhəd Xidmətinin Dəniz Mühafizəsinin qüvvələri bu gün Qara dənizdə ABŞ sahil mühafizəsi vasitələrinin iştirakı ilə PASSEX tipli təlim keçirib.
 
Ovqat.com xəbər verir ki, bu barədə məlumatı Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti öz Facebook səhifəsində yayıb.
 
Məlumata görə, təlimlər Qara dənizdəki təhlükəsizlik səviyyəsini artırmaq, Ukrayna və ABŞ gəmilərinin çoxmillətli taktiki qrupların tərkibində ortaq tapşırıqları yerinə yetirmək üçün uyğunluğunu artırmaq məqsədi ilə həyata keçirilib. Təlimlərdə NATO-ya üzv dövlətləri və tərəfdaşları tərəfindən qəbul edilmiş standart və prosedurlara əməl olunub.
 
Ukrayna Silahlı Qüvvələrinin Komandanı Oleksey Neijpapa təlimi belə qiymətləndirib: "Bu təlim Ukrayna donanmasını Şimali Atlantika İttifaqının standartlarına yaxınlaşdıran çox təsirli bir vasitədir". 
 
Təlimlərdə “Ada Starobelsk” tipli bir patrul gəmisi, Ukrayna Hərbi Dəniz Qüvvələrinin Mi-14 helikopteri, ABŞ “Hamilton” adlı sahil mühafizə qayığı və Ukrayna Dövlət Sərhəd Mühafizə Xidmətinin Dəniz Mühafizəsinin flaqmanı “Grigori Kuropyatnikov” iştirak edib.
 
Rəsmi məlumata görə, gəmi və qayıq ekipajları taktiki manevr, beynəlxalq siqnal sistemindən istifadə, intensiv mülki naviqasiya sahələrində dəniz vəziyyətini işıqlandırmaq, rabitə təlimi və düşmənin hava hücumlarını dəf etmək elementləri üzərində işləyiblər. Açıqlamada həmçinin qeyd olunur ki, təlim bitirdikdən sonra ABŞ dəniz zabitləri ABŞ sahil mühafizə qayığı “Hamilton”u ukraynalı həmkarlarına nümayiş etdiriblər.
 


Ana səhifəyə qayıt        Baxış: 4 998          Tarix: 11-05-2021, 21:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma