Xəbər lenti

 
 
ABŞ-dakı erməni lobbisi və Ermənistan  bir müddət əvvəl “soyqırım” nitqi ilə İrəvanın könlünü oxşayan Bayden administrasiyasından da “küsüblər”.
 
Ovqat.com
-un məlumatına görə, onları narazı salan ABŞ-ın indiki hakimiyyətinin yardım büdcəsindən ermənilərə gözlədiklərindən qat-qat aşağı vəsait ayırmasıdır.
 
Məlumata görə, ABŞ-dakı Erməni Milli Komitəsi Ağ evdən Qarabağdan qovulmuş ermənilər üçün ən azı 100 milyon dollarlıq yardım gözləyirmiş. Ağ ev isə bu məqsədlə cəmi 24 milyon 5 min dollar vəsait ayrımağı planlaşdırır. Erməni Milli Komitəsi Qarabağdan qovulan ermənilərin sayının 100 min olduğu qənaətindədir və 24 milyon dolların onların qayğılarını qarşılamağa çatmayacağını düşünürlər.
 
Üstəlik, erməni lobbisinin fikrincə, ABŞ onların soydaşlarını Qarabağdan qovan Azərbaycan ordusuna 120 milyon dollar hərbi yardın göndərməyi planlaşdırır. “Məzlum erməni xalqı” üçün isə bu vəsaitin cəmi 20%-i nəzərdə tutulur.
 
Erməni Milli Konqresi ABŞ Konqresinə müraciət ünvanlayaraq, Ağ evin təkliflər paketinin rədd olunmasını, Ermənistana və Qarabağa ciddi yardım göstərməsini tələb edir.
 
“ABŞ neftlə zəngin Azərbaycana 120 milyon dollardan artıq hərbi yardım göndərib, lakin Azərbaycan hərbçiləri tərəfindən zorla köçürülmüş 100 mindən artıq erməni ailəsi üçün bu məbləğin yalnız kiçik bir hissəsini təklif olunur”, - müraciətdə belə deyilir.
 
Komitə elektron etiraz petisiyasi yaradaraq, bütün erməniləri bu “ədalətsizliyə” qarşı çıxmağa çağırıb. 


Ana səhifəyə qayıt        Baxış: 5 016          Tarix: 1-06-2021, 13:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma