Xəbər lenti


Tehranda Əfqanıstan hökuməti və 'Taliban' hərəkatı arasında görüş başa çatıb və bəyanat qəbul olunub. 
 
Ovqat.com“tasnimnews”a istinadla xəbər verir ki, bəyanatda tərəflər Əfqanıstanda sülhün təminində göstərdiyi dəstəyə görə İran hökumətinə təşəkkür edib, qarşılıqlı anlaşma çərçivəsində hər iki tərəf müharibənin davam etdirilməsinin Əfqanıstana ziyan vurduğunu və müharibənin çıxış yolu olmadığı haqqında razılaşıblar.   Onlar Əfqanıstandakı məsələnin sülh yolu və siyasi danışıqlarla aparılmasına təkid ediblər. 
 
Hər iki tərəf qərara gəlib ki, müharibədən davamlı sülhə keçmək üçün mexanizmin yaradılması, Əfqanıstanda İslam sisteminin qurulmaıs haqqında  ən yaxın zamanda yenidən görüşüb daha çox məsləhətləşmələr aparsınlar. 
 
Bəyanatda  həmçinin  Tehran iclasının  Əfqanıstandakı problemin siyasi yolla həllini gücləndirmüək üçün yeni bir imkan yaratdığı qeyd olunub. 
 
İclas iştirakçıları  Əfqanıstanda evlərə,  idarələrə, məscid və xəstəxanalara hücumları pisləyib və  bu cinayətləri törədənlərin cəzalandırılmasını tələb ediblər. 
 
Qeyd edək ki,  ötən gün və bu gün  İranın paytaxtı Tehranda Əfqanıstan hökuməti və “Taliban” hərəkatının nümayəndələri arasında danışıqlar keçirilirdi. 



Ana səhifəyə qayıt        Baxış: 5 703          Tarix: 8-07-2021, 16:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma