Xəbər lenti


  
Son bir neçə gündə Türkiyənin 17 vilayətinin 53 nöqtəsində meşə yanğınları baş verib. Yanğın ocaqlarının əksəriyyətində vəziyyət nəzarət altına alınıb. Hazırda Türk rəsmilərini yanğınların səbəbi maraqlandırır. İnsidentlərin bir çox fərqli nöqtədə təxminən eyni anda baş verməsi təxribat ehtimalını gücləndirir. Marmaris rayonunun Bələdiyyə sədri Mehmet Oktay da təxribat ehtimalının böyük olduğuna inanır və mediaya açıqlanmasında bu şübhəsini səsləndirib. Bələdiyyə sədrinin açıqlaması Türkiyə rəsmilərinin də təxribat ehtimalı üzərində ciddi dayandıqlarını göstərir. 
 
Bəs, yanğın təxribatında əsas şübhəli kim ola bilər?
 
Ovqat.com xəbər verir ki, Türkiyədə meşə yandırmaqla “ixtisaslaşmış” əsas terror təşkilatı PKK-dır. Türk Silahlı Qüvvələrinin son vaxtlar PKK-ya qarşı həm ölkə sərhədləri daxilində, həm də xaricində apardığı əməliyyatlar da təşkilatın bu cür cavab hücumlarına əl atacağı ehtimalını gücləndirir.
 
PKK-ya bağlı “Yanğın Uşaqları Təşəbbüsü" qrupu ötən illərdə də bir çox meşələrdə yanğın törətmiş və bunları gizlətməyərək, məsuliyyətini rəsmən öz üzərinə götürmüşdü. Təşkilatın 2019-cu ildə cəmi iki həftə ərzində məsuliyyətini öz üzərinə götürdüyü yanğınların siyahısı:





Ana səhifəyə qayıt        Baxış: 6 069          Tarix: 30-07-2021, 01:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma