Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
“Azərbaycanla sərhəd məsələsi sülh yolu ilə həlli olmayacağı təqdirdə, Ermənistan tərəfi problemi güc yolu ilə həll etmək hüququnu özündə saxlayır”.
Ovqat.com xəbər verir ki, Azərbaycana qarşı bu müharibə təhdidini Ermənistan Müdafiə naziri Arşak Karapetyan KTMT -nin baş katibi Stanislav Zasla görüşü zamanı səsləndirib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, nazir söhbət zamanı qeyd edib ki, İrəvanda Stanislan Zasın səfərini may ayında gözləyiblər. "O vaxt Ermənistan üçün olduqca gərgin dövr idi, amma təəssüf ki, səfəriniz baş tutmadı", - Karapetyan tərəf müqabilinə belə deyib.
Erməni nazirin sözlərinə görə, hazırda sərhədlərdə sabit, amma çətin vəziyyət yaranıb, may ayında guya, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini iki istiqamətdə işğal edib. Nazir Ermənistan tərəfinin bundan son dərəcə narahat olduğunu vurğulayıb.
"Biz sülh tərəfdarıyıq, heç bir şəkildə sərhədlərimizdəki vəziyyəti gərginləşdirmək istəmirik. Eyni zamanda, Ermənistanın dövlət sərhədinin pozulmasına səbəb ola biləcək hərəkətlərlə də barışmağa hazır deyilik. Sərhədlərimizi qətiyyətlə müdafiə edəcəyik. Biz əlbəttə ki, sülhpərvərliyimizi nümayiş etdirərək bu problemi dinc yolu ilə həll etməyə çalışırıq. Eyni zamanda səbrimiz sərhədsiz deyil və sərhədlərimizdəki vəziyyətin sülh yolu ilə nizamlanması olmadıqda, güc tətbiqi ilə problemi həll etmək hüququnu özümüzdə saxlayırıq”, - deyən Arşak Karapetyan KTMT-də qərar qəbul etmə və böhran vəziyyətlərinə cavab vermə mexanizmlərinin əməliyyat vəziyyətinin inkişafı üçün mövcud tələblərə cavab verməməsindən təəssüfləndiyini bildirib.
Qeyd edək ki, Ermənistanın ciddi cəhdlə Rusiyanı və KTMT-ni Azərbaycanla sərhədlərin müəyyənləşdirməsinə cəlb etməyə çalışmasına Moskvadan dəfələrlə rədd cavabı gəlib. İrəvan isə israrla öz mövqeyindən geri çəkilmək istəmir.
Paşinyan hakimiyyəti bir müddət əvvəl verdiyi bəyanatda Ermənistan sərhədlərinin mühafizəsi KTMT çərçivəsində öz həllini tapmasa, NATO və ATƏT qüvvələrini bu məsələyə cəlb edəcəyini bildirsə də, ortaya heç bir nəticə qoya bilmədi. Çünki istər Rusiya, istərsə də Qərb ölkələri erməni tərəfinin adi delimitasiya prosesini qəsdən şişirdərək Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayınmağa çalışdığını anlayır. Mövcud “nə sülh, nə müharibə” şəraiti Rusiyanı qane etdiyi kimi, Qərb ölkələri də tərəflərin bir-birinin ərazi bütövlüyünü tanınmasında və sülh sazişi imzalamasında maraqlıdırlar. Ermənistanın sülh sazişinə yanaşmaması və ərazi bölgüsü mübahisəsini əlində bəhanəyə çevirməsi əslində Qərbin də maraqlarına cavab vermir.
Bu vəziyyətdə ən qısa çıxış yolu tərəflərin bir-birinin ərazi bütövlüyünü və toxunulmazlığını tanıması, aralarındakı nəqliyyat kommunikasiya əlaqələrini açması, ədalətli sülh sazişi imzalamasıdır. Ən əsası isə bunu kiminsə himayəsinə sığınmadan öz aralarında həll etmələri lazımdır. Ermənilər isə göz dikdikləri Azərbaycan ərazilərini özününküləşdirmək üçün hələ də özlərinə himayədar axtarırlar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar