Xəbər lenti

 
İrəvan yaxın vaxtlarda Tehranla "Fars körfəzi - Qara dəniz" nəqliyyat dəhlizinin yaradılması ilə bağlı müqavilə imzalanacağına ümid bəsləyir”. 
 
Ovqat.com-un məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda hindistanlı həmkarı Subramaniam Jaishankar ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
 
Mirzoyanın iddiasına görə, məsələ bir gün əvvəl İran tərəfi ilə müzakirə edilib.
 
"Kifayət qədər dinamik bir proses gedir. Ümid edirəm ki, yaxın gələcəkdə bu layihə ilə bağlı müqavilə imzalayacağıq", - deyə erməni nazir bildirib.
 
Maraqlıdır ki, İran Xarici İşlər naziri Əmir Abdullahyan Azərbaycanın Zəngəzur dəhlizinə alternativ kimi nəzərdə tutulan bu proyekt barədə erməni tərəfi ilə danışdığı gün Bakıya zəng edir və həmkarı Ceyhun Bayramovla yaxın qonşuluq siyasətindən dəm vurur, iki ölkə arasındakı münasibətləri yenidən dostluq, qardaşlıq məcrasına qaytarmağı məsləhət görür. 
 


Ana səhifəyə qayıt        Baxış: 5 402          Tarix: 13-10-2021, 13:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma