Xəbər lenti

Ermənistanın sabiq prezidenti, hərbi cani Robert Koçaryan bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası mövzusuna toxunub.

“AzPolitika.info” xəbər verir ki, Qarabağdakı separatizmin əsas fiqurlarından olmuş Koçaryan Nikol Paşinyan hakimiyyətinin sərhədlərin delimitasiyasına razılıq verməsini tənqid edib.

Hərbi cani deyib ki, Ermənistan özünün hazırkı zəif durumunda delimitasiyaya getməli deyildi: “Diplomatik münasibətlər yoxdur(Azərbaycanla-red.), onlarsız isə delimitasiya da yoxdur. Biz demirik ki, sərhədlər yoxdur.”

Onun fikrincə, sərhədlərin delimitasiyası Azərbaycanın ərazi bütövlüyünün tanınması anlamına gəlir, bu isə Azərbaycana Laçın dəhlizində gömrük postu qurmaq imkanı verir: “Deyəcəksən ki, bu, 9 noyabr razılaşmasında nəzərdə tutulmayıb? Onda onlar 3 il yarım gözləyəcəklər və danışıqların gedişində Rusiyaya deyəcəklər ki, məsələ həll olunub, sülhməramlılar gedə bilərlər. İndiki hakimiyyət hər şey edir ki, sonra Qarabağ məsələsinin onlara heç bir aidiyyatının olmadığını desinlər. İndi suallar yaranır və onlar deyirlər: qoy ruslarla razılaşsınlar, bizə nə...”

Maraqlıdır ki, Moskvanın quyruğu olan Koçaryan Rusiyanın Azərbaycan-Ermənistan sərhədlərilə bağlı mövqeyinin əleyhinə çıxır. Belə ki, Rusiya sərhədlərin tezliklə delimitasiya və demarkasiya olunmasının tərəfdarı olduğunu dəfələrlə rəsmi şəkildə bəyan edib. Hətta bunun üçün özündə olan xəritələri də təklif edib. Ancaq göründüyü kimi, Ermənistanın Rusiyanın forpostu olması üçün əlindən gələni edən Koçaryan Moskvanın mövqeyilə ziddiyyət təşkil edən fikir bildirir. Görünür, bu da Rusiyanın “dovşana qaç, tazıya tut” siyasətinin kiçik təzahürlərindən biridir...



Ana səhifəyə qayıt        Baxış: 4 235          Tarix: 27-12-2021, 20:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma