Xəbər lenti

 
Qazaxıstanda keçirilən etiraz aksiyalarının liderlərindən biri Muxtar Ablyazovun izi Ukraynada ortaya çıxıb.
 
Ovqat.com
-un məlumatına görə, iddianı Ukraynada nəşr olunan Strana.ua saytı yayıb.
 
Sayt bildirir ki, onun sosial şəbəkə səhifələrində görünən rəqəmlərdə Ukrayna operatorlarının kodları yazılıb.
 
Data nömrələri Ablyazovun 2021-ci ilin yayında sosial şəbəkələrdə fəaliyyətə başladığını, statuslarının birində tərəfdarlarına "Kiyevdəki qərargahla əlaqə qurmaq” təklif etdiyini göstərir. Qeyd olunur ki, hətta o zaman Ablyazov bəyanatlarında tərəfdarlarını “Nazarbayev rejimini devirmək” üçün etiraz aksiyalarının planlaşdırmağa və koordinasiya etməyə çağırırmış.
 
“Biz yalnız dar qrupda ünsiyyət quracağıq və hər şəhərdə ən azı 100-200 belə qrup yaratmağı planlaşdırırıq. Bu qruplar yalnız mənimlə, bir də məxfiliyə və təhlükəsizliyə zəmanət verən Kiyevdəki qərargahla əlaqə saxlayacaqlar”, - deyə mesajda bildirilir.
 
Xatırladaq ki, qazın qiymətinin kəskin bahalaşması ilə əlaqədar Qazaxıstanda etirazlar başlayıb. Almatıda baş verən iğtişaşlar fonunda Qazaxıstanın şəhəri və Manqistau vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Ölkə prezidenti Kasım-Jomart Tokayev hökumətin istefası haqqında fərman imzalayıb. Rusiyaya meyli ilə seçilən Nursultan Nazarbayevin artıq ölkədən qaçdığı bildirilir.


Ana səhifəyə qayıt        Baxış: 5 673          Tarix: 5-01-2022, 20:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma