Xəbər lenti
Bu gün, 10:33
Bu gün, 09:27
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
21-12-2024, 17:21
21-12-2024, 17:00
“Ermənistan Qazaxıstana əsgər göndərməklə “demokratiya kartı”nı itirdi”
“Bir qrup avtoritar ölkəyə lazım idi ki, məhz küçədən, inqilabdan hakimiyyətə gələn bir lider bu qərarı elan etsin...”
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu sözləri Nikol Paşinyanın silahdaşlarından biri sayılan, hakim partiyanın üzvü, sabiq deputat Qayane Abramyan deyib.
O, bunu Ermənistanın Baş nazirinin KTMT qoşunlarının Qazaxıstana göndərilməsini elan etməsinə və erməni hərbçilərinin həmin ölkəyə göndərilməsinə dair qərarını özünün sosial şəbəkə səhifəsində şərh edərkən yazıb.
Abramyan deyib ki, bununla da Ermənistanın böyük əziyyətlə yaratmaq istədiyi demokratik dövlət imicinə ciddi zərbə vurulub: “Növbəti dəfə Ermənistanın dövlət maraqları təhlükə altına salınıb. Məlum məsələdir ki, Ermənistan KTMT ordusunun Qazaxıstana göndərilməsinə dair nə təşəbbüs irəli sürüb, nə də qərar qəbul edib. Sadəcə, bir qrup avtoritar ölkəyə lazım idi ki, məhz küçədən, inqilabdan hakimiyyətə gələn lider bu qərarı elan etsin. Baxmayaraq ki, ən çətin günlərdə KTMT onu tək qoymuşdu...”
Paşinyanın silahdaşı bildirib ki, Ermənistan bununla da beynəlxalq münasibətlərdə malik olduğu əsas kartını - demokratik dəyərlərə sadiqliyini itirmiş oldu: “Bu kədərli qərarla və onun bütün dünyaya məhz Ermənistanın Baş naziri vasitəsilə elan olunmasıyla İrəvan bizim beynəlxalq münasibətlərdəki əsas və yeganə kartımızı - demokratiya dəyərlərini müdafiə edən demokratik dövlət mövqeyini itirdi. Bizim KTMT-dəki üzvlüyümüz beynəlxalq aktorlar tərəfindən de-yure qəbul olunurdu, çünki bilirdilər ki, başqa seçimimiz yoxdur. Ancaq indi artıq biz defakto bir avtoritar şəxsə xidmət göstərən ailənin üzvünə çevrilmişik.”
Rusiyada yaşayan tanınmış erməni əsilli rejissor Sarik Andreasyan isə Ermənistan hökumətinin Qazaxıstana əsgər göndərməsini daha sərt şəkildə tənqid edib. Və ermənilərə Tokayevin Azərbaycanı Qarabağdakı qələbə münasibətilə təbrik etməsini xatırladıb: “Bir neçə ay əvvəl Tokayev Əliyevi qələbənin ildönümü və bayram münasibətilə təbrik edib. Bugünsə Ermənistan Qazaxıstanda vəziyyətin düzəlməsi üçün oraya 70 hərbçi göndərir. Hesab edirəm ki, heç bir nəfər də göndərmək olmaz. Bu, Ermənistan hakimiyyətinin ləyaqətini itirməsi deməkdir. Ayıbdır!”
Qeyd edək ki, Ermənistanda bu cür düşünənlər kifayət qədər çoxdur. Məlum məsələdir ki, Paşinyan bu addımı heç də böyük həvəslə atmayıb. Lakin bu, həm də onun Moskvaya dirəniş göstərəcək iradəyə malik olmadığını ortaya qoyur.
Ancaq istənilən halda özünü dünyaya demokratik ölkə kimi tanıtmağa çalışan Ermənistanın avtoritar rejim sayılan Qazaxıstan hakimiyyətini qorumaq üçün hərbçi göndərməsi İrəvanın yaratmaq istədiyi imiclə kəskin ziddiyyət təşkil edir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar