Xəbər lenti

 
Qazaxıstanda antiterror xüsusi əməliyyatı davam edir və əməliyyat zamanı ölkə üzrə dörd minə qədər “terrorçu” saxlanılıb”.
 
Ovqat.com xəbər verir ki, məlumatı Qazaxıstan Daxili İşlər Nazirliyi yayıb.
 
Məlumata görə, ən çox etirazçının saxlanıldığı yer Almatı olub. Bu şəhərdə 100-dən çox adamın saxlanıldığı bildirilir.
 
“Hazırda bütün hökumət binaları nəzarətə götürülüb. Patrul polisi ictimai asayişi qoruyur. Döyüş bölmələri normal fəaliyyət göstərir. "102" xidməti işləyir. Xidmətçilərin idarəetmə panelinə gündə orta hesabla 1200-dən çox zəng daxil olur”, - məlumatda vurğulanır.
 
Rəsmi məlumatda o da xatırladılır ki, saxlanılan 4000-ə yaxın “cinayətkarları” ömürlük həbs gözləyir.
 
Qeyd edək ki, Qazaxıstan xundası Qasım Cömərd Tokayev dünənki çıxışında təkcə Almatıda 20 min “terrorçu”nun olduğunu bildirmişdi. Onlardan sadəcə 100-nün tutulması göstərir ki, Qazaxıstanda yaxın günlərdə 100 minlərlə insan ömürlük həbs cəzası ala bilər. 


Ana səhifəyə qayıt        Baxış: 5 543          Tarix: 8-01-2022, 02:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma