Xəbər lenti

 
 
“Nazarbayevin özü Təhlükəsizlik Şurasının rəhbəri postunu Tokayevə ötürmək qərarına gəlib”.
 
Ovqat.com xəbər verir ki, Nazarbayevin mətbuat katibi Aidos Ukibay bu açıqlama ilə çıxış edib.
 
"Son zamanlar KİV-də və sosial şəbəkələrdə Qazaxıstanın Birinci Prezidenti haqqında çoxlu sayda yalan şayiələr və təxribat xarakterli yazılar yayılır. İndiki şəraitdə biz bu cür fəaliyyəti siyasi sabitliyi pozmaq və dövlətin konstitusion əsaslarını sarsıtmaq cəhdi kimi qiymətləndiririk”, - elbasının sözçüsü belə deyib.
 
O bildirib ki, Nursultan Nazarbayev bu yaxınlarda paytaxtda olub və prezident Tokayevi açıq şəkildə dəstəkləyib.
 
“Vəziyyət çox çətin və mürəkkəb olduğuna görə də Elbasın özü Təhlükəsizlik Şurasının sədri vəzifəsini prezidentə həvalə etmək qərarına gəldi, çünki o, iğtişaş və terrora qarşı sərt cavab verilməsi lazım olduğunu və bunu ölkə rəhbərliyindən operativ, sərt və barışmaz mövqe sərgiləməyi tələb etdiyini yaxşı bilirdi”.
 
 
Elbasının və dövlət başçısının həmişə “eyni səngərdə bir yerdə” olduğunu, xalqını, ölkəsini və millətin gələcəyini birgə müdafiə etdiyini bildirən sözçü Qazaxıstanın bu çətin günlərində onların monolit dövlət hakimiyyətini qorumaq əzmini bir daha nümayiş etdirdiklərini vurğulayıb.
 
“Bu çətin zamanda Nursultan Nazarbayev bütün vətəndaşları xalqımızın birliyini və həmrəyliyini nümayiş etdirməyə, terrorçulara qarşı mübarizədə və Qazaxıstanda həyatın normallaşdırılmasında prezidentimiz Qasım-Cömərd Tokayevi dəstəkləməyə çağırır. Elbası terror aktları nəticəsində insanların həlak olmasından kədərlənir və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir”, - Ukibay bildirib.


Ana səhifəyə qayıt        Baxış: 6 503          Tarix: 9-01-2022, 09:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma