Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
"Rusiyanın hər an Ukraynaya hücum edə biləcəyi bir mərhələdəyik".
Ovqat.com-un məlumatına görə, ABŞ Prezident Administrasiyasının sözçüsü Cen Psaki bu gün keçirdiyi mətbuat konfransında bu iddia ilə çıxış edib.
Sözçü Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə bütün variantların masada olduğunu bildirib.
ABŞ dövlət katibi Antoni Blinkenin Ukrayna və Almaniyaya səfər edəcəyini xatırladan Psaki qeyd edib ki, səfər çərçivəsində Ukrayna ilə Rusiya arasındakı gərginliyi azaltmaq üçün danışıqlar aparılacaq.
Psaki Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında bu səhər telefon danışığı aparıldığını və tərəflərin söhbət zamanı Cenevrədə görüş keçirməyə razılaşdıqlarını və Blinkenin bu görüşdə gərginliyi azaltmaq üçün Rusiyaya xəbərdarlıq edəcəyini bildirib.
Ukrayna ilə Rusiya arasındakı gərginliyin məsuliyyətinin sərhəddə on minlərlə əsgəri toplayan Rusiya prezidenti Vladimir Putin olduğunu vurğulayan Psaki deyib:
"Açığını deyim, hazırda vəziyyət kifayət qədər təhlükəlidir. Biz elə bir mərhələdəyik ki, Rusiya hər an Ukraynaya hücum edə bilər. Blinken Cenevrədəki görüşdə bununla bağlı diplomatik çıxış yolunun olduğunu açıq şəkildə bəyan edəcək. Putinlə də bu barədə danışacaq. Ukraynaya təcavüzün ağır iqtisadi nəticələrinə məruz qalıb-qalmamaq rusların özündən və Putindən asılı olacaq”.
Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı bütün variantların masada olduğunu vurğulayan Psaki iqtisadi sanksiyalarla bağlı avropalı tərəfdaşları ilə yaxın təmasda olduqlarını da gizlətməyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar