Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiya ilə Ukrayna arasındakı gərginliklə bağlı Moskva ilə bir çox səviyyələrdə, o cümlədən xarici işlər və müdafiə nazirlikləri səviyyəsində məsləhətləşmələr aparır.
Belə bəyanatla aprelin 9-da Ağ evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün keçirilən brifinqdə çıxş edib. Brifinq «Tvitter»də yayımlanıb.
Ancaq Moskvada bu informasiyanı təsdiq etməyiblər. Uyğun təkziblə aprelin 10-da Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabov çıxış edib.
Onun sözlərinə görə, Rusiya ABŞ-la Ukrayna üzrə XİN və Müdafiə Nazirliyi səviyyələrində təmas qurmayıb və bunu planlaşdırmır. Ağ Evin mətbuat katibi Cen Psakinin dediklərini isə o, «dezinformasiya və yanlışlıq yaratmaq» adlandırıb.
«Müdafiə və Xarici İşlər nazirləri səviyyələrində amerikalı nümayəndələrlə Ukrayna üzrə heç bir təmas yoxdur və belə təmas gözlənilmir. Təmaslar artıq 7-10 gün bundan əvvəl olub, digər səviyyələrdə, digər istiqamətlərdə aparılıb» - RİA Novosti agentliyi diplomatdan sitat gətirir.
“AzPolitika.info”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar