Xəbər lenti
 
 
Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtona rəsmi səfərə gedib. Onun səfər çərçivəsində ABŞ-ın bir sıra rəsmiləri ilə, o cümlədən Prezident Co Baydenlə görüşü gözlənilir.
 
Ovqat.com-un məlumatına görə, Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi mətbuat konfransında bunu bildirib.
 
Sözçünün dediyinə görə, prezidentlərin görüşü gələn həftə baş tutacaq:
 
"Gələn həftə prezident Ağ Evdə Ukrayna prezidenti Zelenski ilə də görüşəcək. Bu səfər Rusiyanın Donbas və Krımda uzun müddət davam edən təcavüzü qarşısında ABŞ -ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edəcək. Eyni zamanda enerji təhlükəsizliyi ilə bağlı sıx əməkdaşlığımız və Prezident Zelenskinin korrupsiyaya qarşı mübarizə və ortaq demokratik dəyərlərimizə əsaslanan islahat proqramlarını həyata keçirmə səyləri də müzakirə olunacaq”.


Ana səhifəyə qayıt        Baxış: 3 804          Tarix: 28-08-2021, 11:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma