Xəbər lenti


Ukrayna Rusiya ilə neytarl statusla bağlı danışıqlara hazırdır.

Ovqat.com
xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenskinin mətbuat katibi açıqlayıb.

Ukrayna prezidenti bundan əvvəl də bildirmişdi ki, o, Moskva ilə heç bir məsələni, o cümlədən hərbi bloklara daxil olmamaq statusunu müzakirə etməkdən çəkinmir.

Qeyd edək ki, bu səhər Fransa prezidenti Makron Zelenskinin xahişi ilə Vladimir Putinlə telefon danışığı apardığını bildirmiş, amma ayrıntılara girməmişdi. Üzərindən bir neçə saat keçəndən sonra Zelenskinin rəsmi ofisindən bu cür açıqlama gəlməsi tərəflərin bir sıra məsələlərdə artıq razılığa gəldiyindən xəbər verir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti V.Putin Zelenski ilə danışıqlar üçün ön şərtlər irəli sürmüşdü. Əsasən 4 tələbdən ibarət olan bu şərtlər belə idi:

Ukrayna Krımın Rusiyaya aid ərazi olduğunu tanıyacaq;
Qondarma Luqansk və Donetsk hökumətinin legitimliyi tanınacaq;
Ukrayna ABŞ və digər NATO ölkələrinin verdiyi silahlardan arındırılacaq və NATO-ya üzvlükdən imtina edəcək;
Ukraynadakı milli qüvvələr neonasist olduqlarından onlar da hakimiyyət orqanlarından uzaqlaşdırılacaq - denazifikasiya siyasəti.


Zelenskinin ofisi əsasən NATO-dan üzvlükdən imtina etməyi qabartsa da, Ukrayna prezidentinin bütün məsələlər üzrə danışıqlara hazır olduğuna eyham vurması onu göstərir ki, Kiyev digər şərtləri də qəbul etmiş durumdadır.




Ana səhifəyə qayıt        Baxış: 6 415          Tarix: 25-02-2022, 12:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma