Xəbər lenti

Mayın 1-də İrəvanın Fransa meydanında Müqavimət Hərəkatının böyük mitinqi başlayıb.

APA news.am-a istinadla bildirir ki, mitinq Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilir.

Mitinqə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, parlamentdəki “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan, Daşnaksutyun Partiyasının üzvləri, 5165 hərəkatının üzvləri və digər qüvvələr qatılıb.

Qeyd edilir ki, mitinqə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan da qatılacaq.

Xatırladaq ki, aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirir.



Ana səhifəyə qayıt        Baxış: 3 296          Tarix: 1-05-2022, 17:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma