Xəbər lenti

 
Ukrayna prezidenti Vladimir Zelenski Mariupolun müdafiəsi zamanı çox sayda ukraynalı pilotun həlak olduğunu bildirib.
 
Ovqat.com-un məlumatına görə, Zelenski bu şok açıqlamasını öz andiçmə mərasiminin 3-cü ildönümü ilə bağlı Ukrayna telekanallarına verdiyi müsahibəsində dilə gətirib.
 
O deyib: “Təəssüf ki, çox sayda pilotlarımız həlak oldu. Uçmağın çətin olduğunu, demək olar ki, mümkün olmadığını bilən tamamilə qəhrəman insanlarımızdan söhbət gedir. “Azovstal”a uçmaq, dərman, yemək, su aparmaq, yaralıların cəsədlərini götürmək uğrunda bütün bunlar baş verdi”.
 
Zelenskinin sözlərinə görə, Rusiya hava hücumundan müdafiə vasitələrinin bu marşrut boyu sıx düşüldüyündən faktiki olaraq “Azovstal”a hava dəhlizləri yox idi.
 
Dövlət başçısının sözlərinə görə, bir neçə həftə boyu helikopter pilotları 90%-nin geri qayıtmadığını bilə-bilə bu fədakarlığa qatlanıblar.
 
Zelenski həmçinin bildirib ki, rəsmi Kiyev hərbi yolla “Azovstal” mühasirəsinin yarılmasının mümkün olmadığı anlaşılandan sonra müxtəlif dövlətlərin liderləri ilə həmin zavodda çətin vəziyyətdə qalan insanların təxliyyəsi üçün danışıqlar aparıb.
 
"Biz görəndə ki, hərbi yolla mühasirənin yarılması qeyri-mümkündür, ən Türkiyə, İsveçrə, İsrail və Fransa liderlərinin Rusiya Federasiyası ilə əlaqə yaratmaları və vasitəçilik etmələri üçün danışıqlar apardım. Baxmayaraq ki, mən onlarla dəfə həmin dövlət başçıları ilə danışmışdım ki, ölkəmizi müvafiq silahlarla təmin etsinlər və hərbçilərimiz bu insanların mühasirədən çıxmaları üçün Mariupola yaxınlaşsınlar”, - deyən Zelenski Ukraynaya bu cür uzun mənzilli silahların verilmədiyinə eyham vurub. 
 
O, həmçinin vurğulayıb ki, bütün ümidləri tükənən Azov polkunun döyüşçüləri Ukrayna Silahlı Qüvvələrinin razılığı ilə təslim olub:
 
“Uşaqlar (Azov alayının döyüşçüləri – Ovqat.com) hərbçilərdən siqnal aldı ki, onların çölə çıxıb canlarını xilas etmək hüququ var”.



Ana səhifəyə qayıt        Baxış: 5 883          Tarix: 21-05-2022, 01:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma