Xəbər lenti

 
 
Suriyadan uçan İl-62 təyyarəsi İraq ətrafında dairəvi şəkildə uçmalı olub.
 
Bir neçə gün əvvəl Suriyadan Moskvaya uçan 223-cü Xüsusi Uçuş Dəstəsinin İl-62 təyyarəsi İraqın hava məkanı ətrafında uçmağa məcbur olub. Nəticədə İsrail, İordaniya, Səudiyyə Ərəbistanı, Küveyt ətrafından fırlanaraq İran hava sahəsinə keçib.
 
Ovqat.com-un məlumatına görə, rus təyyarəsinin bu qədər geniş ərazini qət etməsi İraqın ona öz hava məkanına çıxışı təmin etməməsi ilə bağlı ola bilər.
 
Flightradar24 monitorinq resursunun məlumatından aydın olur ki, Rusiya təyyarəsi Xmeymim aviabazasından havaya qalxaraq cənub-qərbə doğru hərəkət edib. Təyyarə Aralıq dənizinin cənub-şərq hissəsi üzərində olarkən İsrail, İordaniya, Səudiyyə Ərəbistanı və Küveytin hava məkanı vasitəsilə İranın hava məkanına daxil olub.
 
İraqın Rusiya təyyarələri üçün hava məkanını bağladığına dair rəsmi açıqlamalar yoxdur. Lakin Rusiyanın İl-62-nin hazırkı uçuş marşrutu İraq və İranın hava məkanından normal uçuşdan təxminən iki yarım dəfə uzundur. Bunu isə yalnız bir amillə əlaqələndirmək olar: İraq öz hava sahəsindən keçməyə icazə verməyib.
 
Qeyd edək ki, Türkiyə bir müddət əvvəl öz hava sahəsini rus hərbi təyyarələrinə bağlamışdı. Rus təyyarələri məhz bu səbəbdən alternativ marşrut kimi İraq-İran-Xəzər dənizi üzərindən uçurdu.




Ana səhifəyə qayıt        Baxış: 6 221          Tarix: 3-06-2022, 15:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma