Xəbər lenti


Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərindən ibarət işçi qrupu cümə günü onuncu iclasını keçirib.
 
APA
-nın xəbərinə görə, Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan sərhəd, gömrük və digər nəzarət mexanizmləri barədə müzakirələr apararaq mövqelərini yaxınlaşdırıblar.
 
Rusiya hökumətinin rəsmi saytında yer alan xəbərə görə, “tərəflər sərhəd, gömrük və digər nəzarət mexanizmləri, həmçinin Azərbaycan və Ermənistan ərazilərindən keçən yollarda hərəkət edəcək vətəndaşların və yüklərin təhlükəsizliyi barədə müzakirələr apararaq mövqelərini yaxınlaşdırıblar”.
 
Nazir müavinləri Ermənistan ərazisindən keçməklə Azərbaycanın Qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil yollarının da mümkün istiqamətləri barədə müzakirə aparıblar. Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin regionda nəqliyyat blokadasının aradan qaldırılmasına dair razılaşmasının həyata keçirilməsi üçün işləri davam etdirməyi qərara alıblar” – deyə məlumatda bildirilir.
 



Ana səhifəyə qayıt        Baxış: 4 867          Tarix: 4-06-2022, 04:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma