Xəbər lenti
Dünən, 23:20
Dünən, 22:04
Dünən, 21:25
Dünən, 20:47
Dünən, 19:00
Dünən, 14:00
Dünən, 10:11
Dünən, 09:04
24-12-2024, 23:15
24-12-2024, 21:25
24-12-2024, 20:22
24-12-2024, 19:46
24-12-2024, 18:18
“Ukraynanın Luqansk vilayəti ərazisindən Rusiyanın 106-cı və 76-cı hava-desant diviziyalarının bölmələri döyüşdə iştirakdan imtina etdikləri üçün Rusiyadakı daimi dislokasiya ərazisinə qayıdıb”.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı əməliyyat məlumatında vurğulanıb.
Bildirilib ki, Rusiya qoşunu Ukraynanın Nikolayev, Tavriya, Kulbakino, Beloy Krinitca, Trudolybka, Blaqodatna, Luça və Topolın rayonları artilleriya atəşinə tutub.
Məlumata görə, Ukrayna müdafiəçiləri Donetsk və Luqansk vilayətləri istiqamətində Rusiya qoşunlarının 11 hücumunun qarşısını alaraq 3 tankını, 5 artilleriya sistemini, 2 zirehli döyüş maşınını, 13 avtomobilini məhv edib. Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri Rusiyanın “Orlan-10” tipli iki PUA-sını sıradan çıxarıb.
“Ukrayna müdafiəni saxlasa da, Rusiya üç istiqamətdən Severodonetskə hücum cəhdlərini davam etdirir. Çətin ki, hər iki tərəf son 24 saat ərzində əhəmiyyətli mövqe qazana bilsin”.
“Report”un xəbərinə görə, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
“Rusiya hücumunu Donbas mərkəzi hissəsində cəmləsə də, cinahlarında müdafiəni saxlayır.
Ukrayna qüvvələri son vaxtlar Xerson vilayətinin cənub-qərbində əks-hücuma keçməklə, o cümlədən İnqulets çayının şərq sahilində mövqelərini bərpa etməklə müəyyən uğurlar əldə ediblər.
İşğal olunmuş Xerson vilayətində Rusiya rublu qanuni ödəniş vasitəsi kimi tətbiq etməklə və məktəblərə rus dərs proqramını və dilini tətbiq etmək üçün rus müəllimləri işə götürməklə öz idarəçiliyini Rusiya Federasiyasının idarəçiliyi ilə zorla uyğunlaşdırır”, - məlumatda qeyd olunub.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar