Xəbər lenti
Dünən, 23:20
Dünən, 22:04
Dünən, 21:25
Dünən, 20:47
Dünən, 19:00
Dünən, 14:00
Dünən, 10:11
Dünən, 09:04
24-12-2024, 23:15
24-12-2024, 21:25
24-12-2024, 20:22
24-12-2024, 19:46
24-12-2024, 18:18
Türkiyənin Suriyanın şimalında keçirməyi planlaşdırdığı hərbi əməliyyat qeyri-müəyyən vaxta təxirə salınıb.
Ovqat.com xəbər verir ki, Suriyanın rəsmi media qurumları bu məlumatı yayıb.
Məlumata görə, əməliyyata Rusiyanın sərt təzyiqləri mane olub.
“Türkiyə ordusu Rusiyanın prinsipial sərt mövqeyinə görə yaxın vaxtlarda Suriyanın şimalında hərbi əməliyyat keçirməyəcək. Məlum olduğu kimi, iki dövlətin xarici işlər nazirlərinin görüşündə Rusiya Türkiyənin hərəkətlərindən narazılığını ifadə edib, nəticədə Ankara geri çəkilməli olub və hərbi əməliyyatı qeyri-müəyyən müddətə təxirə salıb”, - Suriyanın “Syria TV” kanalı bildirib.
Kanalın iddiasına görə, hazırda Rusiya hərbçiləri və kürd birləşmələri Türkiyənin Suriyaya müdaxiləsinin qarşısını almaq üçün danışıqlar aparır. Nəşr həmçinin yazır ki, Rusiyanın mövqeyi sərtdir, Türkiyə də bunun fərqindədir.
“Suriya Demokratik Qüvvələrinin (SDQ) baş komandanı Məzlum Abdi çərşənbə axşamı Rusiyanın Suriyadakı qüvvələrinin komandanı general Aleksandr Çayko ilə Türkiyənin təhdidlərini müzakirə etmək üçün Qamışlı şəhərində görüşüb. Rusiya nümayəndə heyətinə Qamışlı hava limanına gələn liderlər, ekspertlər, hərbi və siyasi məsləhətçilər daxil idi. Məlumatlı mənbə bildirib ki, Rusiya qüvvələrinin komandanı görüş zamanı ölkəsinin Türkiyənin Suriya ərazisində hər hansı yeni türk hərbi əməliyyatı başlatmaq istəmədiyini vurğulayıb.
Mənbənin məlumatına görə, Rusiya rəsmiləri gələcəkdə regionda yeni təhlükələrin qarşısını almaq üçün SDQ ilə Suriya hakimiyyəti arasında görüşlərin intensivləşdirilməsinin və hərtərəfli dialoqun başlanmasının vacibliyini vurğulayıb. Rusiya Türkiyənin yeni hücumlarının qarşısını almaq üçün Türkiyə ilə sərhəddə Suriya Ərəb Ordusunun və hərbi postların mövcudluğunun artırılmasını tələb edib”, – Syria TV xəbər verir.
Maraqlıdır ki, Rusiya və Türkiyə Xarici İşlər nazirlərinin 2 gün əvvəl Ankarada görüşü zamanı əldə olunan razılığı birmənalı olaraq Moskvanın və Dəməşqin qələbəsi kimi təqdim edən Suriya mediası nədənsə Türkiyənin bu əməliyyatdakı əsl məqsədini unudur. Halbuki Ankaranın bu əməliyyatda əsas hədəfi öz sərhədlərindəki PKK-YPG ünsürlərini uzaqlaşdırmaq idi. Suriyanın rəsmi mediasının yaydığı xəbər əgər doğrudursa belə çıxır ki, Çavuşoğlu-Lavrov görüşündə əldə olunan nəticə əslində Türkiyənin maraqlarına tam cavab verir: sərhədlərdəki separatçılar çəkiləcək və onların yerini Suriya Ərəb Ordusu alacaq. Zatən Türkiyə də Suriyanın şimalını işğal etmək üçün yox, terrorçu ünsürləri bölgədən uzaqlaşdırmaq istəyirdi. Bu məntiqlə Ankara bir mərmi atmadan öz hədəfinə çatmış görünür və bu həm də Suriya ilə Rusiyanın da maraqlarına uyğundur.
Lavrov Ankarada Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında gələn ay Qazaxıstanda baş tutması gözlənilən Astana sammiti çərçivəsində bu məsələnin müzakirə olunmasının vacibliyini vurğulamışdı. Rus diplomatın fikrindən belə anlaşılırdı ki, Suriyanın şimalı məsələsi Türkiyə, Rusiya və İran rəsmiləri arasında aparılacaq müzakirələr zamanı öz həllini tapacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar