Xəbər lenti

 
Rusiyanın Ternopil vilayətinin Çortkov şəhərinə raket hücumunun heç bir hərbi taktiki və ya strateji mənası yoxdur.
 
Ovqat.com-un məlumatına görə, Ukrayna prezidenti Zelenski bunu dünən axşam xalqa müraciətində deyib.
 
Ukrayna prezidenti heç bir taktiki və strateji əhəmiyyəti olmayan bu hücumu terror aktı ilə müqayisə edib.
 
"Ternopol bölgəsinə raket hücumundan sonra 10 nəfər hələ də xəstəxanalardadır. Rusiyanın digər zərbələrinin böyük əksəriyyətində olduğu kimi, bu zərbənin heç bir taktiki və ya strateji mənası yox idi. Bu terrordur, sadəcə terrordur", - prezident bildirib.
 
O xatırladıb ki, qurbanlar arasında Rusiyanın başlatdığı müharibədən qaçmaq üçün Ternopil bölgəsinə gedən Xarkovdan olan 12 yaşlı qız da var. 
 
Zelenski həmçinin bildirib ki, ümumilikdə Rusiya fevralın 24-dən bəri Ukraynaya 2606 qanadlı raket atıb.
 
Ukraynanın müasir raketdən müdafiə sistemlərinə ehtiyacı olduğunu bildirən prezident
 
"Belə sistemlərin çatdırılması bu il də, keçən il də, daha əvvəl də mümkün idi. Bəs biz onları almışıqmı? Xeyr. Onlar bizə lazımdırmı? Bəli. Bu suala 24 fevraldan indiyədək Ukrayna şəhərlərini vuran Rusiyanın müxtəlif 2606 qanadlı raketləri artıq cavab verilib. Halbuki, indiyədək itirdiklərimizin böyük əksəriyyəti xilas edilə bilən həyatlardır. Ukraynaya qulaq asılsaydı bir çox faciələrin qarşısı alına bilinəcəkdi”, - deyə dövlət başçısı yekunlaşdırıb.


Ana səhifəyə qayıt        Baxış: 5 082          Tarix: 13-06-2022, 06:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma