Xəbər lenti


Dünən Lvovda Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayib Ərdoğan və Vladimir Zelenski ilə BMT-nin Baş katibi Quterreş arasında keçirilən üçtərəfli görüşün ayrıntıları ortaya çıxıb. 

 

Ovqat.com-un məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın açıqlamalarından zirvənin əsas mövzusu Ukrayna-Rusiya müharibəsinin bitirilməsinin şərtləri barədə olub. Üçtərəfli təmasdan əvvəl V.Zelenski ilə görüşən R.T.Ərdoğan deyib: “Zirvənin əsas məqamı müharibənin necə bitəcəyi idi”.

 

Zelenskinin açıqlamalarından belə aydın olur ki, o, Türkiyəli həmkarının Rusiyadan gətirdiyi sülh çağırışını geri çevirib. “Mən Rusiyanın hansısa sülhə hazır olduğunu eşidəndə çox təəccübləndim və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğana dedim ki, Moskvaya etibar etmək olmaz. Öldürən, zorlayan, dinc əhalini raketlərlə vuran insanlar sülh istəyə bilməzlər. Onlar əvvəlcə işğal etdikləri torpaqlardan çıxsınlar, sonra başqa məsələlər barədə düşünərik", - Zelenski bildirib.

 

Türkiyə prezidenti Ərdoğan isə bu rədd cavabının qarşılığında belə deyib: “Şəxsən mən müharibənin danışıqlar masası arxasında bitəcəyinə inanıram. Hesab edirəm ki, martda İstanbulda formalaşan parametrlər əsasında danışıqları canlandırmaq mümkündür. Biz bu məqsədə çatmaq üçün hər cür dəstəyi verməyə və yenidən vasitəçi rolunu oynamağa hazırıq. Görüşümüzdə hərbi əsirlərin mübadiləsi və təşəbbüslərimizi müzakirə etdik. Onu da bildirmək istərdim ki, biz bu məsələ ilə maraqlanırıq. Cənab Putin və Rusiya tərəfi ilə bu gün keçirdiyimiz bütün görüşlərin nəticəsini dəyərləndirməyə davam edəcəyik”, – deyə Ərdoğan söyləyib.

 

Ərdoğan həmçinin bu savaşda Türkiyənin əsasən Ukraynanın yanında dayandığını, onun ərazi bütövlüyünü dəstəklədiyini bir daha təkrarlayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 6 843          Tarix: 19-08-2022, 12:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma