Xəbər lenti

 

SEPAH-ın Quru Qoşunlarının bir generalı Suriyada öldürülüb. 

 

Ovqat.com-un məlumatına görə, bu xəbəri İran müxalifətinin xaricdə yayımlanan “Iran International” nəşri yayıb.

 

Nəşr öldürülən İran generalının Əbülbəzl Əlicani olduğunu bildirir. Məlumat nəşrə İranın rəsmi dairələrindən ötürülüb. Bildirilir ki, yaxın günlərdə Əbülfəzl Əlicaninin Tehranda geniş xalq kütləsinin iştirakı ilə dəfn mərasimi keçiriləcək.

 

Əlicaninin İsrail hava qüvvələrinin raket zərbəsi ilə öldürüldüyü təxmin edilir. Qeyd edək ki, İsrailin sonuncu belə hücumu avqustun 14-də baş vermişdi. Həmin vaxt İsrail Hava Qüvvələri Suriyanın qərbindəki Tartus əyalətində və paytaxt Dəməşq yaxınlığında bir sıra hərbi obyektləri vurmuşdular. Əsəd rejiminə bağlı xəbər agentliyi SANA-nın bildirdiyinə görə, İsrailin “bəzi nöqtələri hədəf alması” nəticəsində Əsəd rejimi qüvvələrinə aid 3 əsgər şəhid olmuş, 3 əsgər isə yaralanmışdı.

 

Suriya İnsan Haqları Müşahidə Qrupu isə həmin hücumların İranın dəstəklədiyi silahlı birləşmələrin fəaliyyət göstərdiyi Tartusdakı hava hücumundan müdafiə bazasına yönəldiyini açıqlamışdı. Mümkündür ki, general Əbülfəzl Əlicani də həmin hücum nəticəsində öldürülüb. 

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 582          Tarix: 23-08-2022, 13:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma