Xəbər lenti

Cümə axşamı Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Çevik Reaksiya Qüvvələrinin xüsusi təyinatlı birləşmələrinin “Qarşılıqlı fəaliyyət-2022” komanda-qərargah təlimləri başa çatıb.

Bu barədə jurnalistlərə KTMT təlimlərinin birgə mətbuat mərkəzindən məlumat verilib.

Manevrlər zamanı “Mərkəzi Asiya kollektiv təhlükəsizlik regionunda silahlı münaqişənin lokallaşdırılması üzrə birgə əməliyyatın hazırlanması və keçirilməsi” əməliyyatının müxtəlif elementləri işlənib.

“Bu təlimlər terrorizm və ekstremizm elementlərinə, qanunsuz silahlı birləşmələrə qarşı mübarizə taktikasının işlənib hazırlanması, fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması, döyüş tapşırıqlarının yerinə yetirilməsinə hərtərəfli dəstəyin təşkili üzrə əməliyyat və xüsusi təyinatlı bölmələr arasında idarələrarası qarşılıqlı fəaliyyətin yaxşı əlaqələndirilmiş mexanizmini nümayiş etdirib”, - deyə məlumatda bildirilir.

Təlimlərin bağlanış mərasimində hərbi kontingentdən əla hazırlıq, qarşılıqlı əlaqə və yüksək döyüş bacarığı nümayiş etdirən təlim iştirakçıları mükafatlandırılıb.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 2 839          Tarix: 7-10-2022, 09:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma