Xəbər lenti

Təbii ki, Qarabağ (Xankəndidə yaşayan separatçılar nəzərdə tutulur – red.) çətin vəziyyətdədir və istənilən varianta hazırdır, lakin Rusiya indiki vəziyyətdə Qarabağı ilhaq edə bilməz. Biz indi belə bir məsuliyyəti öz üzərimizə götürə bilmərik, çünki bu, Azərbaycan və Türkiyə ilə birbaşa qarşıdurma deməkdir. Axı biz Ermənistandan tələb etmirik ki, Ukrayna ilə münaqişədə bizim tərəfimizdə çıxış etsin.

Bunu Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsinin sədr müavini ermənipərəst Konstantin Zatulin erməni jurnalistin “Qarabağ Rusiyaya ilhaq edilə bilərmi” sualını şərh edərkən deyib.

“Biz həm Qarabağda, həm də Ermənistan sərhədlərində rolumuzun fərqindəyik. Ancaq mənə elə gəlir ki, Ermənistan, ilk növbədə, öz daxilində məsələləri həll etməlidir. Son vaxtlar Pelosinin səfəri və müxtəlif görüşlərlə bağlı səs-küy yaranıb. Biz buna etiraz etmirik. Başa düşürük ki, Ermənistan təhlükəsizliyini təmin etmək üçün hansısa variantlar axtarır. Lakin ümid edirik ki, İrəvan Rusiya ilə sıx əlaqəni saxlayacaq qədər ağıllı olacaq”, – o bildirib.

//Azerbaycan24.com




Ana səhifəyə qayıt        Baxış: 4 771          Tarix: 11-10-2022, 11:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma