“Krım körpüsündə terror aktı zamanı istifadə edilən yük maşını Gürcüstanın gömrük sərhədindən keçməyib”.
Bunu Gürcüstan maliyyə nazirinin müavini Georgi Kakauridze jurnalistlərə müsahibəsində deyib.
“Müəyyən ittihamlar səslənir və bunların heç bir əsası yoxdur. Gömrük sərhədindən bir dənə də olsun trotil yükü, bir dənə də olsun partlayıcı maddələr olan yük maşını və ya vaqon keçməyib. Əgər kimsə dövlət sərhədini keçdiyini iddia etsə, araşdırmalara başlanacaq və günahkarlar məsuliyyətə cəlb olunacaqlar. Lakin mən hesab edirəm ki, kimsə bunu söyləyib deyə özümə bəraət qazandırmaq məcburiyyətində deyiləm. Mən bilirəm ki, o yük maşını gömrük sərhədindən keçməyib”, - deyə nazir müavini qeyd edib.
Xatırladaq ki, oktyabrın 12-də Rusiya Federal Təhlükəsizlik Xidməti partlayıcı maddələr olan yük maşınının Odessadan yola çıxaraq Bolqarıstan, Gürcüstan və Ermənistanı keçməklə göndərildiyini bildirib.
Mənbə: İzvestiya
Paylaş: