İranlı mütəxəssislər Rusiyaya satdıqları dronlarda ortaya çıxan problemlərlə əlaqədar Krıma gediblər.
Bu barədə “New York Times” ABŞ rəsmilərinə istinadən xəbər yayıb.
Mənbələr bu ekspertlərin ABŞ-ın “terror təşkilatı” kimi tanıdığı İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus olduğuna işarə ediblər. Bildiriblər ki, İrandan alınan PUA-ların əksəriyyəti Krımdakı bazada saxlanılır.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) təqaüdçü üzvü Mik Mulroy bildirib: “İranın Ukraynadakı müharibəyə PUA-lar və təlimçilər göndərməsi onun Rusiyanın tərəfində olmaqla problemdə birbaşa iştirakı deməkdir. Tehran mülki əhalinin öldürüldüyü hücumlarda birbaşa iştirak edir”.
Mənbələr onu da bildiriblər ki, İranın Rusiyaya göndərdiyi PUA-larda yaranan problemlər rus əsgərlərinin səriştəsizliyindən irəli gəlib: “Mexaniki problemdir”.
Rusiyanın ilk növbədə İrana təlim keçmək üçün əsgər göndərdiyinə işarə edən mənbələr problemlərin davam etməsindən sonra İranın Krıma öz təlimçilərini göndərmək qərarına gəldiyini də əlavə edib.
Paylaş: