Xəbər lenti


"Putinin hakimiyyətdə olduğu əsrin dörddə biri qədər müddətdə hakimiyyət dəyişikliyi üçün hər şey sınaqdan keçirilib, lakin heç kim heç nəyə nail olmayıb..."

"Rejimin özülünü, nüvəsini xüsusi xidmət orqanları təşkil edir, tək Putini dəyişməklə heç nə dəyişməz, siyasi sistem dəyişməlidir..."
 
"Mən inanıram ki, Putinin Uktaynadakı müharibədə məğlubiyyəti insanları gerçək dəyişikliyin mümkünlüyünə və yaxında olmasına inandıracaq..."
 
Rusiyada hakim rejimi qan tökülmədən dəyişmək mümkün deyil.
 
Moderator.az xəbər verir ki, bu fikri Ukraynanın "УНИАН" agentliyinə müsahibəsində rusiyalı hüquq müdafiəçisi və müxalif siyasətçi Mark Feyqin ifadə edib.
 
"Putinin hakimiyyətdə əsrin dörddə biri qədər olduğu müddətdə hər şey sınaqdan keçirilib. Və bunun müəllifi təkcə rus müxalifəti olmayıb. Mən özüm sabiq deputatam, belələri çox olub, hakimiyyətin daxilində də narazılar olub. Lakin heç kim heç nəyə nail olmayıb. Nə seçki yolu ilə, nə küçə etirazları ilə, nə də hətta bu onilliklər ərzində müşahidə etdiyimiz danışıqlara cəhdlə də mümkün olmayıb. Heç kim heç nəyə nail olmayıb, hər şey getdikcə pisləşib və müharibəyə gətirib çıxarıb", - Feyqin deyib.
 
Onun sözlərinə görə, Rusiyada hakimiyyətin güc yolu ilə dəyişilməsi variantı qalır və söhbət Putinin və həm də hansısa "kollektiv Putinin" zorla, fiziki olaraq kənarlaşdırılmasından gedir.
 
"Yəni hakimiyyətin bütün sisteminin dəyişilməsindən söhbət gedir. Çünki rejimin özəyi, əsasını xüsisi xidmət orqanları təşkil edir, bu, siyasi sistemin nüvəsidir. Tək Putini dəyişməklə heç  dəyişməz", - hüquq müdafiəçisi dəqiqləşdirib.
 
O, əmindir ki, "güc qarşıdirması yeni mənalar kəsb edə bilər: Rusiya dövləti necə olmalıdır, onun dünyada rolu və yeri nədən ibarətdir, imperiya ambisiyalarından imtina, qonşularla əbədi sülh". Yəni "Rusiyanın hazırki hakimiyyət strategiyasına diametral əks olan" bütün şeylər.
 
Rusiyada hakimiyyət dəyişikliyinin bir neçə güc variantı ola bilər. Bunların arasında ən perspektivlisi Feyqinə görə səfərbər olunan, onlar üçün qeyri-təbii şəraitə düşən və silah əldə edən insanların üsyanı ola bilər.
 
Onun sözlərinə görə, səfərbər edilənləri təbliğat inandırmalı və "Qərbə tərəf deyil, Şərqə tərəf" hərəkət etməyə sövq etməlidir.
 
İkinci variant-mövcud rejim üçün təhlükə Ukraynada və Ukrayna tərəfdə döyüşən rusiyalılar, habelə müharibə başlanandan Rusiyanı tərk edən insanlar kütləsi ola bilər.
 
"Onlar qaçqınlardır, heç kimə lazım deyillər, Qazaxıstanda və ya harada olurlarsa olsun, yad adamlardır. Onların maddi dəstəyi yoxdur, gələcəyi müəmmalıdır. Bəlkə geriyə dönüb Rusiyada onların həyatına təhlükə torədən mənbəni məhv etmək gərəkdir? Belə əhval-ruhiyyə mövcuddur", - Feyqin deyib.
 
Üçüncü variant-sistemin içində ciddi parçalanma gedir, Priqojinin timsalında hərbi təşəbbüslər yaranır. Bu, açıq-aşkar daxili parçalanma əlamətləri, hakimiyyət daxilində böhrandır".
 
Feyqin qeyd edib ki, ordu ilə FTX arasında açıq münaqişə baş verir və onlar bir-birini hərbi uğursuzluqlarda ittiham edir. Bunun heç bir nəticəsinin olmayacağını demək çətindir", - Feyqin deyib.
 
"Mən ümid edirəm ki, Putinin Ukraynadakı müharibədə məğlubiyyəti insanları gerçək dəyişikliklərin mümkünlüyünə və yaxında olmasına sövq edəcək və inandıracaq", - Feyqin əminliyini ifadə edib.





Ana səhifəyə qayıt        Baxış: 3 058          Tarix: 12-11-2022, 21:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma